Əsas Səhifə > Güney Press > Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi

Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi


Bu gün, 12:05
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi
Müğənni Roza Zərgərli “İstədim” mahnısını oğurlayaraq oxuyan erməni müğənninin klipini yutubdan sildirib.

Musavat.com xəbər verir ki, sözləri və musiqisi Rəssama (Elvin Həsənov) aid mahnını ermənilər öz musiqiləri kimi təqdim edib.

Zoya Baraghamyan adlı müğənni mahnını “Meke ka” adı ilə ifa edib.

Mahnının musiqi müəllifi kimi də erməni musiqiçini qeyd ediblər.

Bu hadisədən sonra R. Zərgərli rəsmi şəkildə yutuba müraciət edib və erməni ifaçının mahnısı yutubdan silinib.


Geri qayıt