Əsas Səhifə > Güney Press > "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar"
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar"Dünən, 18:02 |
![]() Məlum olduğu kimi, Azərbaycan siyasi gündəmini son zamanlar həm də həbslər təşkil edir. Bu həbslərlə bağlı ölkəmizə təzyiqlər belə olur, müxtəlif beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə həbs olunan siyasətçi və jurnalistləri buraxmaq üçün çağırışlar edir. Bu günlərdə isə yenidən müzakirə olunan əfv məsələləri diqqət mərkəzindədir. Əlamətdar günlərdə əfv sərəncamı gözlənildiyi bir vaxtda, maraqlıdır, 8 martla əlaqədar olaraq həbs olunan qadın jurnalistlər azadlığa çıxacaqmı? Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza hüquq müdafiəçiləri, deputatlar açıqlama verib. Belə ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Azərbaycan hökuməti istəsə, həbsdə olan xanım jurnalistləri ev dustaqlığına buraxa biləcəyini deyir: “Sözsüz ki, Azərbaycan hökuməti hər şeyi edə bilər. Bizdə bu fikri demişik, Ombusdman Səbinə Əliyeva ilə də görüşmüşük, deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar. Fikrimcə, bu yaxınlarda ola bilər. Biz heç demirik ki, proses dayansın. Getsin, amma bu vaxtda qızlar evlərində olsunlar.” Milli Məclisin deputatı Vüqar İskəndərovun fikrincə isə, istintaq altında olan şəxslər barəsində qəti bir söz demək doğru olmaz: “Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin hakimiyyəti dövründə də, Cənab prezidentin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həmişə humanist dəyərlərə çox böyük töfhə verib. Biz dünyada da tolerant, dəyərlərə sayğılı yanaşan ölkə imici qazanmışıq. O cümlədən zaman-zaman ölkə başçısı əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. İndiyə qədər minlərlə məhbus həmin humanist addımlardan yararlanıblar. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolunu qiymətləndirməliyik. Konkret olaraq həbs olunan xanımlardan danışırıqsa, onlar hal-hazırda istintaq altındadırlar və məhkəmə hökmü olmadan fikir söyləmək çətin olardı, doğru da deyil. Lakin Azərbaycan prezidenti belə anlarda da çox önəmli addımlar atıb.” Milli Məclisin deputatı Elman Nəsirov isə deyir ki, bu siyahıda qadınların da yer alacağı mümkündür: “İl başlayandan iki dəfə Əfv Komissiyasının iclası keçirilib və hər iclasda 100-dən artıq məhbusla bağlı işlərə baxılıb. Azərbaycan dövləti humanist dövlətdir, Azərbaycan prezidenti də humanizm prinsiplərini əlində rəhbər tutub. Bu siyasətin də əsasını Heydər Əliyev qoyub. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olduğu zamanlarda da dəfələrlə bu məsələlərdə təşəbbüskarlıq edib, minlərlə insan azadlığa çıxıb. Komissiyanın üçüncü iclası olacaq yaxınlarda. Bu fərmanda, heç şübhəsiz ki, məhkumların davranışı, ailə vəziyyəti, azadlığa buraxılandan sonra təhlükəli olmaması və.s kimi faktorlar rol oynayır. Bu katerqoriyadan olan insanların azad olunmağı da gözlənilir. Təbii ki, buraya qadınlar da aiddir. Çünki bu, həmişə olub. Hesab edirəm ki, elə həmişə olduğu kimi xanımların da həmin siyahıda yer alacağı mümkündür.” Geri qayıt |