Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Tarix: 1-01-2025, 10:15 |
Çap et
Baş nazir Əli Əsədov bu il də məmurların gəlir bəyannaməsi formasını təsdiq etmədi. Prezidentin bu barədə Nazirlər Kabinetinə göstərişindən artıq 19 il ötür. Ötən il həmin formanı özüm hazırlayıb Əli müəllimə göndərdim ki, işi çoxdur deyə əlavə zəhmət çəkməsin. Amma xəbər çıxmadı. Buradan bəlli olan odur ki, baş nazir ölkədə korrupsiyanın olmadığı zənnindədir, buna görə də məmurları hansısa bəyanat verməklə saf fəaliyyətlərindən ayırmaq istəmir. Korrupsiya olsaydı, təbii, Əli müəllim ona vendetta elan edərək sərt mübarizə aparaq və nəiniki bir, minlərlə belə formalar təsdiq edərdi. Odur ki, növbəti ildə də Əli müəllimin rəhbərliyi ilə dürüst hökumətimizin saf fəaliyyətini qürur hissi ilə izləyəcəyik.
Əkrəm Həsənov, ekspert
"DİA-AZ"