“Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Tarix: 1-01-2025, 17:06 | Çap et
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bundan sonra hadisələrin inkişafı ilə bağlı fikirlərini açıqlayıb. Ölkə başçısı qəzaya səbəbin təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib və Rusiyanın ünvanına kifayət qədər sərt ifadələr işlədib.
““Qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur”, - deyə Prezident qeyd edib.
Prezident qeyd edib ki, Azərbaycan öz tələblərini açıq şəkildə Rusiya tərəfinə bildirib: “Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.
Hadisə və gərgin situasiya ilə bağlı AYNA-nın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, təyyarənin vurulmasından sonra qəzaya uğradığı artıq təsdiqlənmiş faktdır:
- Bunu danmaq mümkün deyil. Beynəlxalq təcrübə mövcuddur. BMT-nin İCAO adlı xüsusi ixtisaslaşmış qurumu var, hansı ki, bu beynəlxalq mülki aviasiya təşkilatıdır. Bundan qabaq da mülki aviasiya ilə bağlı qanunlar mövcuddur. Hələ İkinci Dünya müharibəsi zamanı məsələ aktuallaşıb və Çikaqoda koalisiya ölkələri çalışıblar ki, mülki aviasiya ilə bağlı hansısa qanunları tətbiq etsinlər. 1947-ci ildə Çikaqo Konvensiyasına 26 ölkə qoşulub. İndi isə bu dünyanın demək olar ki, bütün ölkələri Konvensiyaya qoşulub və İCAO-nun üzvləridir. Konvensiya kifayət qədər təsirli sənəddir, yüzə yaxın bəndi var. Əsas prinsipial məsələ ondan ibarətdir ki, əgər hansısa uçuş baş verirsə, təyyarə hansı ölkənin ərazisindən uçursa, deməli, həmin ölkənin uçuş qaydalarına keçir. Bu baxımdan, hesab edirəm ki, təyyarəmizin vurulduğu səma Rusiya səmasıdırsa, məsuliyyət də bu ölkənin üzərinə düşür.
Məlumdur ki, Rusiya müharibə şəraitindədir. Bəli, Rusiya bunu qəbul etmir, deyir ki, “xüsusi əməliyyatdır”. Amma faktiki olaraq, Rusiya Ukrayna ilə genişmiqyaslı müharibədədir. Müharibə qanunlarına uyğun şəkildə də həm Ukrayna, həm də Rusiya zərbələr endirir. Demək olar ki, bu müharibə bizim sərhədlərimizə yaxınlaşıb və fəsadları sərhədlərimizdə özünü göstərir. Biz görürük ki, Şimali Qafqazın müxtəlif nöqtələrində partlayışlar baş verir.
İkinci vacib məsələ ondan ibarətdir ki, Rusiyanın dövlət olaraq idarəetmə mexanizmi demək olar ki, böhran vəziyyətindədir. Bunu həm siyasi idarəetməyə aid etmək olar, həm də hərbi idarəetməyə aid etmək olar. Görürük ki, Rusiyada bir neçə qurum faktiki olaraq, Müdafiə Nazirliyinin funksiyalarını yerinə yetirir. Böhranlar üst-üstə gələndə belə anormal vəziyyət yaranır. İdarəetmədəki böhran belə cinayətlərə səbəb olur və məsuliyyət də bir-birinin üzərinə atılır.
- Hər halda, məsuliyyət Rusiya dövlətinin üzərindədir...
- Əlbəttə, Rusiya birbaşa dövlət olaraq məsuliyyət daşıyır. Düzünü deyim ki, mən cinayətin qəsdlə törədildiyinə, bilərəkdən Azərbaycan mülki təyyarəsinin vurulmasına inanmıram. Amma hadisə Rusiya səmasında baş verib, təyyarə atəşə məruz qalıb və nəticədə faciə baş verib.
İCAO-nun qaydalarına görə ilkin istintaq 30 gün müddətində bitməlidir. Nəticələr isə ictimaiyyətə çatdırılmalıdır. Eyni zamanda, ümumi nəticələrə gəlinməsi üçün araşdırmalar 12 ayadək aparıla bilər. Amma ilkin nəticələrə əsasən, cinayəti törədən tərəf müvafiq addımlar atmalıdır, qanunun tələblərini yerinə yetirməlidir. Söhbət təzminatdan, zərərin qarşılanmasından və s. gedir.
- İstintaqda hansı dövlətlər iştirak etməlidir?
- Nəzərə almaq lazımdır ki, faviəvi qəza Qazaxıstan ərazisində baş verib. Suveren hüquqlar nəzərə alınaraq Qazaxıstan bu araşdırmanı və istintaqı aparmalıdır. Həm də Qazaxıstan bunu öz qanunvericiliyinə uyğun şəkildə həyata keçirməlidir. Bu prosesdə təyyarənin məxsus olduğu ölkənin, yəni Azərbaycanın nümayəndələri, təyyarə ilkin olaraq hansı ölkənin hava limanına uçurdusa, həmin ölkənin, yəni Rusiyanın nümayəndələri, təyyarəni istehsal edən şirkətin mənsub olduğu ölkənin, yəni Brazilyanın nümayəndələri iştirak etməlidirlər. Hətta təyyarəni layihələndirən ölkənin nümayəndəsi də prosesdə iştirak edə bilər.
- Rusiya Prezidenti üzrxahlıq etdi, amma Rusiya təyyarənin vurulmasını rəsmən etiraf etmir. Kremlin sözçüsü bildirdi ki, araşdırmanın nəticəsi gözlənməlidir və s. Sizcə, Rusiya rəsmi etiraf edəcəkmi?
- İndiki mərhələdə yenə deyirəm, Rusiya idarəetmə sistemində böhran yaşanır. Dövlətin idarəetməsi itib. Anormal vəziyyətdir ki, dövlətin bir neçə ordusu var. Müdafiə Nazirliyi, “Rosqvardiya”, Ramzan Kadırovun “Axmat” dəstəsi və s. Bunların hamısı da iddialıdır, hətta öz aralarındamünaqişələr də yaşanır. Bu o deməkdir ki, Rusiya dövlətinə məxsus funksiyalar artıq qruplara paylanıb. Faciə də belə bir böhranlı vəziyyət dövründə olub. İndi sual budur ki, təyyarənin vurulması ilə nəticələnən raketi kim buraxıb, kimin əmri ilə atılıb?! Yaxud da, təyyarənin yaxın hava limanlarına enişinə niyə icazə verilməyib, təyyarə niyə Aktauya yönləndirilib?! Bunun kimi bir çox suallar var ki, bunlar aydınlaşmalıdır. Bu barədə məruzəni Putinə kim edib, Rusiya İstintaq Komitəsinin sədri, yoxsa Ramzan Kadırov? Yəni yenə deyirəm, Rusiya deyəndə kimi nəzərdə tuturuq. Axı orada idarəetmədə böhran yaranıb. Məsələ belədir ki, bizim üçün üzrlə, təzminatla yanaşı, həqiqətlərin üzə çıxması da vacibdir. Biz başa düşməliyik ki, nə baş verib, raket atmağa kim əmr verib? Nəyə görə təhlükəsizlik qanunlarına əməl olunmayıb? Nəyə görə Rusiya mülki təyyarələrin uçuşlarını təmin etməyib? Suallara cavablar almaq, həqiqətləri üzə çıxarmaq üçün məsələni daha israrlı gündəmdə saxlamalıyıq.
- Rusiya sanki zamanı uzatmağa, müxtəlif versiyalar ortaya atmaqla məsuliyyətdən yayınmaq niyyəti güdür. Bu davam etsə, Azərbaycan-Rusiya münasibətlərində nələr dəyişə bilər?
- Ramzan Kadırov Azərbaycana yardım təklif etdi ki, bu, absurddur. Bəllidir ki, Rusiyada hadisənin miqyasını kiçiltmək istəyi oldu. Amma haqlı olaraq, Azərbaycan bundan imtina etdi. Bilirsiniz, Azərbaycan Çeçenistanla mülki aviasiyanın istifadəsinə dair hansısa saziş bağlamayıb. Ümumiyyətlə, Çeçenistan Rusiyanın bir əyalətidir. Sazişlər Rusiya ilə bağlanıb və bu dövlət məsuliyyət daşıyır. Rusiya Çikaqo Konvensiyasının üzvüdür. Bu sənəddən irəli gələn məsuliyyəti boynuna götürməsini Rusiya dövlətinin nümayəndəsinin, rəhbərliyinin dilindən eşitməliyik.
Bəli, bu gün insanlarımızın emosiyaları yüksəkdir. Amma başa düşməliyik ki, bu, xarici siyasətə aid olan məsələdir. Bu siyasətin də öz qanunları var və dövlətlərarası maraqlar mövcuddur. Azərbaycan Rusiyanın əməkdaşıdır, amma Türkiyə kimi müttəfiq deyil. Türkiyə bizim hərbi sahədən tutmuş bütün sahələrdə müttəfiqliyimiz var. Rusiya ilə isə bizim strateji əməkdaşlıq səviyyəsində olan münasibətlərimiz var. Bu o demək deyil ki, iki dövlət arasında olan problemlər əməkdaşlıq naminə hansısa “güzəştlərlə” həll olunsun. Biz Rusiya ilə münasibətlərə diqqət edirik, amma həmin diqqəti Rusiya tərəfindən də gözləyirik. Ona görə də Kadırov səviyyəsində hansısa addım atılması, bəyanat verilməsi bu münasibətlərə ziyan gətirir. Rusiya tərəfi belə addımlara imkan verməməlidir. Əlbəttə, münasibətlər qırılmayacaq, çünki qarşılıqlı münasibətlərin saxlanması vacibdir. Amma bu münasibətlərə kölgə düşəcək, hansı ki, bu, Rusiyanın dövlət maraqlarına cavab vermir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59 |
|
|
|
• "Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52 |
|
|
|
• Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40 |
|
|
|
• 2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25 |
|
|
|
• Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21 |
|
|
|
• "Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18 |
|
|
|
• Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• 14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47 |
|
|
|
• "Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37 |
|
|
|
• Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34 |
|
|
|
• Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24 |
|
|
|
• Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18 |
|
|
|
• “Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12 |
|
|
|
• Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56 |
|
|
|
• "Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı" - deputat
Bu gün, 06:34 |
|
|
|
• Öcalanla görüşlərin pərdə arxası: Terror bitir? - ŞƏRH
Bu gün, 06:27 |
|
|
|
• Trampın yeni dönəmində Azərbaycan hədəf olmayacaq - İNCƏLƏMƏ
Bu gün, 01:09 |
|
|
|
• Yadplanetlilər və yeni pandemiya – 2025-ci il üçün 10 PROQNOZ
Bu gün, 01:07 |
|
|
|
• Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
Bu gün, 01:04 |
|
|
|
• Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik” - NƏ BAŞ VERİR?
Bu gün, 00:58 |
|
|
|
• "Bu il hədiyyə almadım... Çünki..." - FOTO
Bu gün, 00:55 |
|
|
|
• “Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir, çünki…” – İLGİNC SƏBƏBLƏR
Bu gün, 00:51 |
|
|
|
• Suriyada Berbokun əlini sıxmaqdan imtina etdilər - FOTO
Bu gün, 00:48 |
|
|
|
• Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir - Zaxarova
Bu gün, 00:44 |
|
|
|
• Biləcəriyə “skoç”lu avtobusla gedirlər - VİDEO
Bu gün, 00:42 |
|
|
|
• “TikTok”da canlı qumar oyunları davam edir: Bu dəfə loto-qumar - BU NƏDİ BELƏ?
Bu gün, 00:39 |
|
|
|
• Jurnalist Anar Məmmədova hücum etdiər - TƏFƏRRÜAT
Bu gün, 00:35 |
|
|
|
• Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Dünya düzəlmir ki düzəlmir... - Bahəddin Həzi yazır...
Dünən, 18:58 |
|
|
|
• Ülvi Quliyev 2025-ci ildə ilk görüşünü keçirdi - FOTO
Dünən, 18:21 |
|
|
|
• Minlərlə can qurban oldu... - Ayırmadım... AYRILMADIM!
Dünən, 18:08 |
|
|
|
|