Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                     Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." .....                     Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı .....                     ADNSU-nun rektorundan daha bir alim şikayət etdi .....                     Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                     Deputat qalmaqallı görüntülərdən danışdı: .....                     "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi .....                     "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" .....                     Türkiyə Trampa bel bağlamalı deyil... .....                     Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır .....                     ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... .....                     Yeni qaydalar kredit faizlərini aşağı sala bilər .....                     Paşinyan Kremli şantaj edir, .....                     "Yeməyə yox, kefimizə soğan doğrayacağıq" .....                     Bakıdan verilən mesaj İranı çalxaladı .....                 

Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Tarix: Bu gün, 07:10 | Çap et
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü”
Braziliya Hərbi Hava Qüvvələrinin laboratoriyası ötən ay qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus Braziliya istehsalı “Embraer 190” təyyarəsindən götürülən qara qutunun oxunmasını başa çatdırıb. Bildirilir ki, uçuş qeydləri məlumatları qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib. İndi adıçəkilən dövlətin istintaq orqanları qəzanın dəqiq səbəbləri barədə açıqlama verməlidirlər. Əlbəttə, ümumi şəkildə təyyarənin Qroznı səmasında Rusiya HHM tərəfindən vurulması, daha sonra cinayətin izini itirmək məqsədi ilə Xəzər dənizinə istiqamətləndirilməsi barədə Azərbaycan ictimaiyyətində möhkəmlənmiş fikir var. İctimai rəyin formalaşmasında foto, video sübutlar, sərnişinlər və uçuş heyətinin ifadələri ilə yanaşı, Azərbaycan rəhbərliyinin açıq, kəskin mövqeyi də rol oynayıb. Görünür, Rusiya-Azərbaycan münasibətləri daha əvvəlki səviyyədə olmayacaq, Moskva Bakının gözlədiyi reaksiyanı vermək niyyətində deyilsə, 2025-ci ildə ümumiyyətlə yaxşı heç nəyə ümid etməyə dəyməz.

Bu kontekstdə Prezident İlham Əliyevin məsələyə dəfələrlə qayıtması da təsadüfi deyil. Ehtimal ki, Kremlin hələ də susqunluq nümayiş etdirməsi Bakının səbir kasasını daşırır. Dövlət başçısı sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə Rusiyanın ünvanına əvvəlkindən daha sərt ifadələr işlədib, həmçinin yeni informasiyaları da açıqlayıb.

Prezident bildirib ki, Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Dövlət başçısı vurğulayıb ki, bu fakt ortada çox ciddi cinayət tərkibli məsələlərin olduğunu göstərir. “Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi”, - o, qeyd edib.

İlham Əliyev açıqlayıb ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi, AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. “Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi”, - ölkə başçısı sual edib.

Prezident vurğulayıb ki, Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq cəhdi həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur.

Məntiqlə, Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi iki qonşu ölkənin maraqlarına uyğun deyil. Xüsusən, 2 ilə yaxındır Ukraynaya qarşı apardığı müharibədə ağır itkilər verən, beynəlxalq sanksiyalara məruz qalan Rusiya cənub qonşularından Azərbaycanla sabit inkişafda olan münasibətlərini tormozlaya bilməz. Rəsmi Bakı müharibədən əvvəl və sonrakı dövrdə proqnozlaşdırılan siyasət yürüdüb, Rusiyanın regionda təhlükəsizlik, siyasi və iqtisadi maraqlarını mümkün qədər nəzərə alıb. Münasibətlərin sınaq dövrü hesab olunan zaman kəsiyində Azərbaycan qarşılıqlı bərabərhüquqlu münasibətlər çərçivəsində öhdəliklərinə əməl edib.

Azərbaycana gəldikdə, Rusiya onun ən böyük qeyri-neft ticarət tərəfdaşıdır, ötən il ticarətin həcmi 4 milyard dolları keçib, qonşu ölkədə yüz minlərlə azərbaycanlı çalışır, onların göndərdikləri vəsaitlər ölkədə sosial sabitliyin təmin olunmasında rol oynayır. Habelə Rusiya Azərbaycanın aqrar sektorunda istehsal olunan məhsulların əsas bazarıdır, bu sektor ölkəyə ildə 900 milyon dollara qədər valyuta gətirir.

Qroznı səmasında sərnişin təyyarəsinin HHM tərəfindən vurulmasına Moskvanın verdiyi reaksiya, xüsusən Azərbaycanın ən yüksək səviyyədə gözlədiyi addımları atmaması, əskinə xüsusi xidmət orqanlarına bağlı informasiya resurslarında şantaj tipli təbliğata start verməsi münasibətləri ciddi şəkildə zədələyir. Rusiya rəhbərliyi niyə belə mövqe tutub, aydın deyil. Çünki ortalıqda insanlığa qarşı cinayətlər kateqoriyasına aid ediləcək cinayət faktları var. Bəlkə Kremldə Azərbaycan rəhbərliyinin öz xalqı və dünya ictimaiyyəti qarşısında bu faktları görməzdən gəlməsinə ümid ediblər? Prezidentin kəskin mövqeyi Rusiya isteblişmentində belə ümidləri qırıb və narazılıq doğurub...

Rusiya-Azərbaycan münasibətlərində soyuqluq qarşıdakı aylarda artan gərginliklə, qarşılıqlı addımların atılması ilə nəticələnə bilər. Artıq ilkin addımlar atılıb, Rusiya miqrasiya qanunlarını sərtləşdirib, azərbaycanlı miqrantlar yeni qaydalardan və dövlət qurumlarının kobud münasibətindən əziyyət çəkir. Azərbaycan XİN də buna cavab olaraq Rusiya vətəndaşlarının ölkədə qalma müddətini azaldıb. Təbii ki, bu qərardan həm də Rusiya vətəndaşlığı almış azərbaycanlılar da əziyyət çəkəcək, onların istədikləri vaxt, ilin bir hissəsini Azərbaycanda qalması mümkün olmayacaq.

Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı miqrantlara qarşı təqiblərə başlaması da gözləniləndir. Artıq bu barədə soydaşlarımızdan siqnallar gəlir. Yaxın keçmişdə -“Krokus” Ticarət və əylənə Mərkəzində baş vermiş terror aktından sonra Tacikistandan olan işçi miqrantlar kütləvi şəkildə Rusiyadan deportasiya edilmişdi, bu gün də təqiblər davam edir. Günün birində azərbaycanlı miqrantlara qarşı eyni addımların atılması gözləniləndir. Rusiya münasibətlərin eniş dövründə Azərbaycana qarşı daim bu təzyiq rıçaqından istifadə edib.

Rusiyanın növbəti təzyiq aləti Azərbaycandan bu ölkəyə ixrac edilən kənd təsərrüfatı məhsullarına maneələr yaratmasıdır. Bu “alətdən” zaman-zaman Türkiyəyə, Gürcüstana, Ermənistana və elə Azərbaycana qarşı istifadə olunub. Pomidor, digər tərəvəz məhsulları, meyvələr sərhəddən müxtəlif bəhanələrlə geri qaytarılıb.

Bundan başqa, Rusiya Azərbaycana taxıl və s. ərzaq məhsullarının, eləcə də yanacaq və sənaye mallarının ixracını da məhdudlaşdıra bilər.

Şübhəsiz, bu təzyiq üsulları Azərbaycanda problemlər yarada bilər. Amma Rusiyanın iqtisadi təzyiqləri uzun müddət davam etdirmək, miqrantları ölkədən qovmaq lüksü yoxdur. Çünki Rusiya Ukraynaya qarşı işğalçı müharibədə işçi qüvvəsinin əhəmiyyətli hissəsini itirib, ölkədə ciddi işçi qıtlığı yaşanır. İtkilərin yerini ticarətdə, müxtəlif kommunal qurumlarda, sənayedə çalışan miqrantlar doldurur. Onlara qarşı diskriminasiya yaxın perspektivdə Rusiya hökuməti üçün ciddi başağrısına səbəb ola bilər.

İqtisadi-ticarət əlaqələrinin məhdudlaşdırılması da ölkədə qıtlıq və bahalığı tətikləyə bilər. Azərbaycandan göndərilən təzə meyvə, tərəvəz məhsulları əhalinin istehlakında mühüm yer tutur. Hazırkı ağır sosial-iqtisadi şərtlərdə bu məhsulların idxalını diversifikasiya etmək çətin məsələdir, ikincisi, Rusiyanın postsovet ölkələrindən olan başqa ticarət tərəfdaşları ilə münasibətləri də ürəkaçan deyil.

Azərbaycan Rusiya ilə müqayisədə kiçik imkanlara malik olsa da, həmsərhəd ölkə kimi strateji təhlükəsizlik əhəmiyyəti daşıyır. Mübaliğəsiz demək olar ki, hazırda Rusiyanın ən təhlükəsiz, insidentsiz sərhədləri Azərbaycan Respublikası ilədir.

Rəsmi Bakı müttəfiqinin üzləşdiyi qeyri-adekvat münasibətə qarşı bəzi tədbirlərə əl ata bilər. Məsələn, 3+3 formatında iştiraka yenidən baxmaq, Qərbin regionda nüfuzunun genişlənməsinə qarşı “birgə mübarizədən” imtina etmək, ABŞ və Avropa İttifaqı ilə korlanan münasibətlərə yeni nəfəs vermək kimi imkanlara sahibdir. Xüsusən Türkiyə ilə hərbi-strateji müttəfiqliyin Rusiyanın arzulamadığı ölçüdə inkişaf etdirilməsinə heç bir maneə yoxdur. Rusiyalı jurnalistlər Azərbaycan Prezidentinə Türkiyə hərbi bazaları ilə bağlı növbəti dəfə sual ünvanlayarkən çox fərqli cavablar ala bilərlər...

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Bu gün, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Bu gün, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Bu gün, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Bu gün, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Bu gün, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Bu gün, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Bu gün, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Bu gün, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Bu gün, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Bu gün, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Bu gün, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Bu gün, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Bu gün, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Bu gün, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Bu gün, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Bu gün, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Bu gün, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Bu gün, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Bu gün, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Bu gün, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Bu gün, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Bu gün, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Bu gün, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Bu gün, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Bu gün, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Bu gün, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Bu gün, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Bu gün, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Bu gün, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Bu gün, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Bu gün, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Bu gün, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Bu gün, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Bu gün, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Bu gün, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Bu gün, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Bu gün, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Bu gün, 15:50
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:48
“Ağstafa Sənaye Kombinatı”n rəhbərliyi dəyişdirilir, bazada yerləşən əmlak kompleksini satır
Bu gün, 15:46
Qrelandiya sakinlərinin rəyi vacibdirsə, o zaman Donbass sakinlərinin fikrinə hörmətlə yanaşılmalıdır - Kreml
Bu gün, 15:42
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Bu gün, 15:37
"Valideynlərim uşaq olanda dünyasını dəyişmişdi deyə, mənə bibim baxırdı"
Bu gün, 15:24
Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Bu gün, 15:17
“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə
Bu gün, 15:12
Azərbaycan Suriyada Türkiyə ilə birgə addım atacaq - ŞƏRH
Bu gün, 15:10
Azərbaycanlı qadınlar Tehranda dini nigahla cinsi istismara necə məruz qalıb? - TƏFƏRRÜAT
Bu gün, 15:07
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Bu gün, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru