Adımızı çəkən yoxdur... .....                     “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” .....                     Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir .....                     Qarabağ Qazisi 17 ildir haqqını arayır... .....                     Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI .....                     Gecə və səhər bəzi yollar buz bağlayacaq .....                     Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi .....                     İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? .....                     "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" .....                     Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir .....                     “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək .....                     "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox .....                     Politoloq Zaur Məmmədova yeni vəzifə verildi .....                     Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi .....                     1 milyonluq "qanpulu işi"ndə gərginlik .....                     Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır .....                     Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir .....                     Nazirlik 200 min manatlıq gül alır .....                     USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq .....                     Xalq artisti 10 min manat maaş alacaq? .....                     Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ .....                     Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? .....                     44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... .....                     Biz istəyirik, referendum olsun, lakin... .....                     Mədəniyyətimizin dərdinə yanırlarmış... .....                     “Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer .....                     Jurnalist mətbuat katibi təyin olundu .....                     Rublun bahalaşması davam edə bilər? .....                     "Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir" .....                     “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” .....                     Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                     Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                 

İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Tarix: Bu gün, 07:13 | Çap et
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İctimai Televiziyaya bildirib ki, ölkəsi Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab alıb.

Badalyanın sözlərinə görə, İrəvanın kommunikasiyaların blokdan çıxarılması, silahlara qarşılıqlı nəzarət mexanizmi və yoxlanılması ilə bağlı təklifləri cavabsız qalıb. Qeyd edək ki, Ermənistanın hər üç təklifi Azərbaycan üçün qəbuledilməz sayılır. Ermənistan XİN-in sülh müqaviləsi üzrə Bakıya göndərdiyi sonuncu variantın da cavabsız buraxılması həmin bəndlərin Azərbaycanın maraqlarına cavab vermədiyini göstərir. Çünki hər üç təklifin hüquqi əsası yoxdur.

Azərbaycan kommunikasiyaların 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatı əsasında blokdan açılmasını vacib hesab edir. Nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutan yeganə hüquqi sənəd 10 noyabr Bəyanatının 9-cu bəndidir. Sözügedən razılaşmaya uyğun olaraq, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, malların və vətəndaşların təhlükəsiz hərəkətini təmin etməlidir. Lakin indiyə qədər Ermənistan bu öhdəlikdən yayınır.

Sonuncu dəfə, yəni fevralın 20-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verərək bildirib ki, 10 noyabr Bəyanatının 8 bəndi icra edilmədiyi halda 9-cu bəndə görə həmin sənədə qayıtmaq təəccüb doğurur: “İrəvan öz imzasından ona görə imtina etmir ki, hazırda sənədin kənarda qalan hər hansı müddəası mövcud deyil və bu reallıqdır”.

Bu isə Ermənistanın 2020-ci ildə əldə edilmiş razılaşma üzrə Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu təsdiq edir. İlk növbədə, Nikol Paşinyan hakimiyyəti 9-cu bəndin icrası halında Zəngəzurdan keçəcək yolların təhlükəsizliyinin təminatını Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına həvalə etməlidir. İndiyə qədər rəsmi İrəvanın həmin bəyanatdan imtina etməsinin əsas səbəblərindən biri məhz bununla bağlıdır. Çünki Ermənistan tərəfi Zəngəzur ərazisində eksterritorial dəhlizin yaranmasından ehtiyat edir.

Bu baxımdan, Paşinyan hökuməti bölgəyə nəzarəti əlində saxlamaq üçün alternativ təkliflər irəli sürür. Ermənistanın Baş naziri tez-tez “Sülh kəsişməsi” layihəsini gündəmə gətirməklə Zəngəzur dəhlizinin açılması məsələsini arxa plana keçirmək istəyir. Azərbaycana isə Ermənistanla kommunikasiya əlaqələrindən əvvəl Naxçıvan MR ilə birbaşa dəmir və avtomobil yolunun açılması lazımdır. Ermənistanla nəqliyyat-kommunikasiya əlaqələri isə yalnız sülh müqaviləsi imzalandıqdan sonra mümkün ola bilər.

Son vaxtlar Ermənistan rəhbərliyi Azərbaycan tərəfinə yeni bir variant təqdim edib. Baş nazir Nikol Paşinyan bu barədə yanvarın 31-də keçirdiyi mətbuat konfransında açıqlama vermişdi:

“Biz təklif edirik ki, Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə yük daşımaları üçün dəmir yolu əlaqəsi olsun. Lakin eyni prinsipə əsasən, Yerasxdan (Arazdəyən) Naxçıvan vasitəsilə Mehriyə, həmçinin beynəlxalq ticarət və yükdaşımaları üçün Azərbaycan ərazisindən keçməklə, Azərbaycanın da Ermənistan vasitəsilə əlaqəsi olmalıdır.

Bu təklifin mühüm nüanslarından biri də ondan ibarətdir ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalarına başlaya bilərik. Sonra vəziyyət daha uyğun olanda sərnişindaşıma haqqında düşünəcəyik. İndi açığını desəm, Azərbaycandan müsbət cavab gözləyirik. Mən onların bundan niyə imtina etməsini təsəvvür edə bilmirəm. Çünki biz hər iki tərəfin qaldırdığı məsələləri həll edən yolu tapmışıq”.

Onun sözlərinə görə, bu təklif “Sülhün kəsişməsi” proqramı çərçivəsində müəyyən edilmiş prinsiplərə tam uyğundur. Ana Badalyanın açıqlaması Azərbaycan XİN-in bu təklifə müsbət cavab vermədiyini göstərir. Əslində, rəsmi Bakı kommunikasiyaların blokdan açılacağı təqdirdə Ermənistanın Azərbaycan vasitəsilə üçüncü ölkələrə çıxışına qarşı deyil.

Bu prosesi “3+3” platforması çərçivəsində həyata keçirmək mümkündür. Lakin Ermənistan “3+3” ölkələrinin toplantılarında formal olaraq iştirak edir və həmin iclaslarda hər dəfə “Sülh kəsişməsi” layihəsini irəli sürməklə regional nəqliyyat şəbəkəsinin blokdan açılmasını əngəlləyir.

Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında Paşinyanın təklif etdiyi təklif üzrə hüquqi müqavilə mövcud deyil. Ermənistan Azərbaycan ərazisindən keçməklə başqa ölkələrə çıxış əldə etmək istəyirsə, o zaman 10 noyabr Bəyanatı ən əlverişli sənəddir.

Artıq Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən keçən hissəsi üzrə tikinti işləri yekunlaşıb. Yalnız Ermənistan ərazisindəki 43 kilometrlik ərazidən keçən köhnə dəmir yolu infrasturkturunu bərpa etməklə Şimal-Cənub və Şin-Mərkəzi Asiya-Avropa nəqliyyat-tranzit dəhlizlərinin həyata keçməsinə şərait yarada bilər. Bundan isə ən böyük fayda götürən dövlətlərdən biri Ermənistan olacaq.

Ermənistanın təklif etdiyi digər təklifə, yəni silahlara qarşılıqlı nəzarət mexanizmi və yoxlanılmasına gəlincə, bu, kifayət qədər absurddur. Çünki iki ölkə arasında sülh müqaviləsi olmadığına görə Ermənistan düşmən dövlət sayılır. Belə bir ölkənin Azərbaycanın cəbhə xətti sayılan sərhəd zonasındakı silahlarına və ya hərbi arsenalına təcavüzkar Ermənistanın nəzarət etməsi milli təhlükəsizliyə ziddir.

Ermənistan silahlara birgə nəzarət mexanizmi yaratmağı təklif etməklə, Azərbaycanın silahlanma fəaliyyətinə kvota tətbiq etməyə, ağır artilleriyanın və zirehli texnikanın simmetyrik şəkildə şərti sərhəddən geri çəkilməsinə nail olmaq istəyir. Bununla da Nikol Paşinyan sərhədlərin “güzgü” prinsipi əsasında delimitasiya və demarkasiya olunması şərtinin reallaşmasına nail olmaq istəyir.

Qeyd edək ki, Paşinyanın bu təklifi Ermənistanın Hərbi Doktrinasından irəli gəlir. Rəsmi İrəvan öz maraqlarına cavab verən bir müddəanı Azərbaycana qəbul etdirmək istəyir. Ermənistanın Hərbi Doktrinasının 3.3-cü maddəsinə görə, nəzarətsiz silahlanma və yenidən silahlanma prosesi, silahlanma yarışı, Ermənistan Respublikasının sərhədləri yaxınlığında qoşun qruplarının yaradılması və yerləşdirilməsi, o cümlədən təlimlər adı altında onların genişmiqyaslı cəmləşməsi və yerdəyişməsi xarici hərbi təhlükə sayılır.

Deməli, Ermənistanın müqaviləyə daxil etmək istədiyi bənd əslində, sülhə deyil, Azərbaycanın silahlanma prosesinə hüquqi nəzarət əldə etmək məqsədi daşıyır. Ermənistanın təklifi Azərbaycan Hərbi Doktrinasına da ziddir.

Azərbaycan Hərbi Doktrinasının 35.5-ci maddəsinə görə, ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlıq yalnız tərəfdaş dövlətlərlə quqla bilər.

Ermənistan isə tərəfdaş deyil, düşmən dövlətdir. Həmin sənədin 21-ci maddəsi Azərbaycan Respublikasına qarşı qonşu dövlət tərəfindən ərazi iddialarının irəli sürülməsi hərbi təhlükəsizliyinə təhdid hesab olunur.

Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Azərbaycanın 4 anklav kəndi hələ də Ermənistanın işğalı altındadır. Bundan başqa, Ermənistanın Müstəqillik Bəyannaməsində və konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer alıb. Ona görə də Ermənistanın silahlara birgə nəzarət mexanizmindən danışması qəbul edilə bilməz.

Müşfiq Abdulla
“Cebheinfo.az”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adımızı çəkən yoxdur...
Bu gün, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir - "The Economist"
Bu gün, 11:54
Nazirlik 200 min manatlıq gül alır
Bu gün, 11:53
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq - “Politico”
Bu gün, 11:48
Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
Bu gün, 11:42
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ - DİQQƏT
Bu gün, 11:31
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? - Cəzasızlıqdır deyə...
Bu gün, 11:28
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Biz istəyirik, referendum olsun, lakin... - Natiq Cəfərli
Bu gün, 11:13
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru