Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sellofan torba kampaniyasında udan supermarketlər oldu
Sellofan torba kampaniyasında udan supermarketlər olduDünən, 09:14 |
"Azərbaycanda bir necə il əvvəl polietilin torbaların ətraf mühiti çirkləndirməsinin qarşısını almaq üçün uzun müzakirələr açıldı və dövlətin 4 qutumunun təklif, qərar və müraciətləri əsasında tədbir görüldü. Beləliklə, ölkədəki marketlərdə alıcılara pulsuz verilən polietilen torbalar 2023-cü ilin əvvəllərindən etibarən satılmağa başlandı..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib. O daha sonra əlavə edib: "Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktublar göndərildi. Məktubda qeyd olunurdu ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin. Bundan əvvəl isə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməlidir. Yəni saptılmalıdır. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Göründüyü kimi, dövlətin dörd qurumu - Milli Məclis, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - birlikdə sadə bir problemin həlli üçün təklif verdi, qanuna dəyişiklik etdi, qərar qəbul etdi və ticarət obyektlərinə xəbərdarliq məktubu göndərdi. Həmin vaxtdan düz iki il ötur. Bu istiqamətdə ölkədə nə dəyisib? Bəlkə də hələ küçələrdə uçuşan, ayaqlara dolaşan və digər müəyyən problemlər yaradan polietilen torbaların sayı daha da artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu torbaların pulla satılmasını təklif edəndə məgər bilmirdi ki, bu tədbirin problemin həllinə hec bir dəxli yoxdur? Elə həmin vaxt bizdə belə bir qənaət yaranmışdı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin daha səmərəli mühafizəsini deyil, ölkədə fəaliyyət göstərən marketlər şəbəkəsinin lobbiçiliyini edir. Çünki bu dörd qurumun birkikdə ərsəyə gətirdiyi tədbir yalnız market şəbəkələrinin gəlirlərinin artmasına xidmət etdi. İndiyə qədər ticarət obyektlərində pulsuz satılan polietilen torbalar indi 3-5 qəpiyə satılır və hər gün bu torbaların satışından ticarət şəbəkələri on minlərlə manat gəlir əldə edir. Vətəndaşlar hiss etməsə də, bu onların cibindən çıxır, xərclərini artırır. Gündə biri 3 qəpikdən 1 milyon polietilen torba satılırsa, bu sahibkarlara gündə 30 min manat gəlir gətirir. Hələ 5 qəpiyə satılanlar da var. Bu on minlərlə vəsait vətəndaşın xərclərini artırı, amma problemin həllinə heç bir təsir göstərmir. Polietilen torbaların ətraf mühitə vurduğu zərərin isə yalnız ən əhəmiyyətsizini biz vizual olaraq görürük. Polietilen torbalarla bağlı köklü ekoloji problemi ekoloqlar - Ekologiya və Təbii Sərvətlər Nazirliyi deməlidir, onlar isə bunu demir... Polietilen torbaların havada ucuşması, ağacların budağına ilişərək şəhərinizin gözəlliyinə xələl gətirməsi, əl-ayağımıza dolaşması, başımıza dəyməsi və s. kimi rastlaşdığımız problemlər, onun yaratdığı gözə görünməyə ekoloji problemin yanında heç nədir. Belə ki, bizim küçəyə atdığımız polietilen torbalar enində-sonunda su axarları vasitəsi ilə okeanlara və digər böyük su hövzələrinə düşür. Zanan-zaman polietilen kütlələr parcalanaraq nano-hissəçiklərə çevrilir və su molikullarına yapışır. Bu isə suyun istiliyi ötürmə qabiliyyətini sıradan çıxarır. Nəticədə okeanların Yer nüvəsini soyutma funksiyasi pozulur. Çünki okeanlarda istilik ötrülmək əvəzinə toplanır. Bu bir tərəfdən Yer nüvəsinin soyumasını əngəlləyir, nəticədə vulkan və zəlzələlərin sayı artır. Digər tərəfdən dünya su hövzələrində yeni isti cərəyanların yaranması ilə sunami və subasmaların sayının artmasına gətirib çıxarır. Deməli, biz polietilen torbaların ekoloji fəsadlarını hələ dərk etmirik. Ona görə də belə məsuliyyətsiz qərarlar qəbul editik. Fikrimizcə, ölkədə polietilen qabkaşdirmadan istifadə ümumiyyətlə qadağan edilməlidir. Bunun üçun alternativ vasitələr tətbiq edilməlidir. Məsələn, ticarət obyektlərində təkrar istifadə üçun nəzərdə tutulan parça, birdəfəlik istifadə ücün isə kağız torbalardan istifadə edilməlidir. Su və içkilər şuşə butulkalarda təqdim edilməlidir. Yalnız bu halda biz mövcud problemi aradan qaldıra bilərik..." Geri qayıt |