Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ...

Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ...


Dünən, 09:07
Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ...
Türkiyə təyyarənin vurulmasını araşdırmaq məqsədilə Azərbaycana 8 nəfərlik istintaq qrupu göndərir. Ankaranın da araşdırmalara qoşulması təkcə türkiyəli mütəxəssislərin təcrübə və bacarıqlarından istifadə etmək məqsədi daşımır, bu həm də təyyarənin vurulduğunu gizlətməyə, istintaqın gedişinə təsir etməyə çalışan Rusiyaya Azərbaycanın yalnız olmadığı, eyni zamanda, Bakının geri çəkilməyəcəyi mesajının verilməsidir.

***

Təbii ki, Türkiyənin bu prosesə qoşulmağı yaxşı xəbərdi.
Aydın olanı odur ki, Putin hakimiyyəti səhv etdiklərini boyunlarına alıb, üzr istəmək fikrində deyil.
Kadırovu önə vermək niyyətindədir deyəsən, Putin. Amma biz Çeçenistan rəhbərinin yox, Rusiya rəhbərinin üzr istəməsini gözləyirik. Belə də olmalıdır.
Rusiya qazı Azərbaycan vasitəsilə Avropaya satışa çıxmalı idi. Güman edirik ki, ölkə başçımız bu hadisədən sonra bu iş haqqında da yaxşı-yaxşı düşünəcək.

***

Ruslarla nə olursa-olsun dil tapmalıyıq. Həm qonşumuzdur, həm də güclü bir şəh xarakterinə malikdir.
Amma bu o demək deyil ki, rusların hər cür şıltaqlıqlarına göz yummalıyıq.
İlham Əliyevin nümayiş etdirdiyi dəst-xətt bu gün ən doğru olanıdır. Səbr edirik... amma həm də proses gtedir. Artıq beynəlxalq araşdırmaçılar da işin içindədir. Onlar isə rusların təyyarə terrorunu gizlədəsi deyillər.
Nə necədir... elə də elan olunacaq.
Buna qədərsə ruslar üzrxahlıqlarını etməlidirlər. Ona gör də rəsmi Bakı ən ali səviyyədə susur. Lakin bu sonsuzluq sona qədər deyil.

***

Elə Türkiyənin proseslərə qoşulması da bu deməkdir...

Orxan TUNCƏR - "DİA-AZ"

Geri qayıt