Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Hüseyn Əsgərov vəzifəsindən azad edildi

Hüseyn Əsgərov vəzifəsindən azad edildi


Dünən, 16:16
Hüseyn Əsgərov vəzifəsindən azad edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.

"DİA-AZ" Modern.az-a istinadla xəbər verir ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı Hüseyn Əsgərovun özü təsdiqləyib.

O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.

Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.

Geri qayıt