Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu

Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu


Bu gün, 06:22
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu
Ermənistanda revanşist əhvali-ruhiyyə fonunda erməni faşizmi yenidən dirçəlir. Prezident İlham Əliyev İrəvanın erməni faşizmindən imtina etməli olduğunu bildirir. Həmçinin qeyd edir ki, əgər bunu özləri etməsə, Azərbaycan zəruri addımlar atmalı olacaq.

Problem, təhlükə hansı formada aradan qaldırılacaq? Bu, siyasi qərarlarla mümkün olacaq, yoxsa hərbi, antifaşizm əməliyyatı ilə?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Ermənistanda faşizm mövzusu bu ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunun yayılmasından sonra yenidən aktuallaşıb:

“Bu həm də Ermənistan dövlətinin ideologiyasıdır. Hansı ki, sözügedən ölkə bu ideologiya əsasında meydana gəlib. Həmçinin Ermənistanın konstitusiya və müstəqillik haqqında bəyannaməsində də özünü göstərir. Azərbaycanın Konstitusiya dəyişikliyi haqda tələbi məhz bu təzahürün aradan qaldırılması üçündür.

Nikol Paşinyan deyib ki, vətəndaşlarına deyib ki, ermənilər düşünməlidir, Azərbaycan Ermənistanı niyə faşist dövlət adlandırır.

Paşinyan bundan imtina etmir, amma motivlər haqda danışır. Bu o deməkdir ki, Paşinyan daxili siyasi mübarizədə bu kartdan istifadə edə bilər. O, bir müddət öncə Ermənistanın üç keçmiş dövlət başçısını debata çağırmışdı.

Azərbaycan Prezidenti də müsahibə əsnasında dedi ki, Ermənistanın üç keçmiş prezidenti faşistdir, hazırkı baş nazir bu tendensiyanı dayandırmalıdır. Konstitusiya dəyişikliyi məhz bu addımlardan biridir”.

F.Məmmədov qeyd edib ki, Azərbaycan təhlükənin real olduğunu görsə, hərbi kontekstdə addımlar ata bilər:

“Hələ ki rəsmi Bakı problemlərin danışıqlar yolu ilə həllində maraqlıdır.
Geri qayıt