Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir”
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir”Bu gün, 11:35 |
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir və üçtərəfli bəyanatda da bu hal təsbit olunub”. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. O həmçinin Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən də söz açıb. Deputat bildirib ki, hər ilin ilk ayında dövlətimizin başçısının yerli televiziya kanallarına ötən ilin yekunlarına dair müsahibəsi ənənəvi xarakter alıb: “Həmin müsahibələr qarşıdakı il ərzində dövlətimizin hədəf və strategiyasından da xəbər verir. Cənab Prezident ötən ilin hesabatı ilə yanaşı yeni ildəki məqsədlər barədə də məlumat verir. Elə bu müsahibələrin müqayisəli təhlilinə əsaslanaraq deyə bilərik ki, ilin əvvəlində açıqlanan hədəflər, gündəmə gətirilən məsələlər artıq ilin sonunda reallaşır”. M.Cəfərov vurğulayıb ki, digər müsahibələrdə olduğu kimi Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də ilk diqqət yönəldilən məsələ ölkənin inkişafında vacib amil olan iqtisadi tərəqqi və sosial rifah oldu: “Dövlətimizin başçısının hər bir çıxışında, müsahibəsində olduğu kimi bu müsahibəsi də mühüm çağırışlarla zəngindir. İlham Əliyevin hər bir fikri və çağırışı regionumuzun gələcək inkişafına yönələn vacib mesajdır. Cənab Prezident yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı həmçinin Ermənistanın silahlandırılması və bunun davam edəcəyi halda dövlətimizin mövqeyini kəskin şəkildə ifadə etdi”. “Prezident İlham Əliyev bu müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsində də mövqeyini bildirib. Azərbaycan dövləti Ermənistana dəfələrlə çağırışlar edib. Hətta Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq olmasını, Ermənistanın buna maneə olmamasını, Türkiyə ilə ölkəmiz arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsini istəyir. Bunun ən vacib şərtlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır”. Geri qayıt |