Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş

Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş


Bu gün, 06:21
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş
Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

Musavat.com xəbər verir ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Əldə etdiyimiz məlumata görə qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Onu da qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.
Geri qayıt