Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?"

"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?"


Bu gün, 12:20
"Bu, namərdlik deyil?  Utanıb ölmədiniz?"
Qızının çalışdığı iş yerindən qanunsuz olaraq və həm də qalmaqallı şəkildə qovulmasına etiraz edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı növbəti açıqlama ilə çıxş edib. "DİA-AZ" M.Qəhrəmanlının açıqlamasını təqdim edir:
"Baş vermiş hadisə iş yerində əmək hüquqlarının pozulması ilə yanaşı tərkibində ciddi zorakılıq elementləri ilə müşahidə edilən haldır.
Təbii ki,həm ana olaraq,həm də hüquqmüdafiəçisi kimi, təhqir olunmuş qızımın hüquqlarını müdafiə edəcəm,araşdırma aparacam,müvafiq qurumlara ,məhkəməyə müraciət edəcəm.
Məlumat verdiyim kimi, qızım 10 ildən artıq işlədiyi Müasir Psixologiya Mərkəzində , iki ay əvvəl həmin Mərkəzdə peyda olmuş, xüsusi kabinet ayrılmış ,vəzifə,səlahiyyətləri bilinməyən, özünü hüquqşünas,təsisçi,sahibkar kimi təqdim edən, əslində sənədlə Mərkəzdə hər hansı bir səlahiyyət sahibi olmayan,lakin Mərkəz rəhbərliyi tərəfindən xüsusi səlahiyyətlər verilmiş(hansı əsasla?) Vüsal Həsənov tərəfindən Mərkəzin rəhbəri Aidə Nəbiyeva və onun əmisi (yəqin ki,sahibi)Azər kişinin yanıda küçə söyüşləri ilə təhqir olunub, aşağılanıb, hədə qorxuya məruz qalıb. Və bunu Mərkəzin bir neçə işçisi də eşidib.
Vüsalın hədə qorxusundan,söyüş və təhqirlərindən qorxan qızım polisə müraciət edib.Nərimanov rayon polisi Mərkəzə gəlib zərərçəkmişdən əvvəl bu “üçlüklə” görüşüb,qızımdan qısa bir izahat yazmağı tələb edib,araşdırmadan, həmin saatda Mərkəzdə olan,Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan ona bildirib ki, Vüsalı birinci siz təhqir etmisiniz(polis hardan bildin ki,)
Sonda üçlük Akt tərtib edərək Vüsalı təhqir edənin qızım olduğunu bildirib.Həmin Akt polisə təqdim edilmiş (yəqin polis həmin Akta əsasən işi bağlayıb) və həmin Akta əsasən Aidə Nəbiyeva(Sübjan) və Azər kişi qızımı işdən qeyri qanuni azad edib.
Sual:
Aidə Nəbiyeva ,10 il birlikdə işlədiyin,çörək kəsdiyin kollektivinin heç bir səlahiyyəti olmayan ,bir şəxs tərəfindən daimi aşağılanmasına heç bir reaksiya vermədin, onun tələbi ilə iki ay ərzində 6 nəfər işçini işdən azad etdin, gözünün qabağında qızımın Mərkəzdə heç bir səlahiyyət sahibi olmayan bir şəxs tərəfindən küçə söyüşləri ilə söyüldüyünü görüb, eşidib necə həmin Akta qol çəkdin? Niyə ? Bu namərdlik deyil? Utanıb ölmədiniz? Bu 10 il birlikdə işlədiyin qadına qarşı olunan təhqirə, hədə qorxuya ortaq olmaq deyil? Sən özün də cəzalanmalısan.
Azər kişi, adətən bizim millətdə bir deyim var: “O kişi kimi adamdır” Bunu mərd adamlar üçün deyilir. Mən sizin soyadınızı bilmədiyim üçün Azər kişi yazmışam.Yəni cinsinizi nəzərdə tutaraq Azər kişi yazmışam.70-dən yuxarı yaşın var. Gözünün qabağında bir qadını alçaltdılar, təhqir etdilər, necə kişiliyinə sığışdırdın, hələ Akta da qol çəkdin ki,Vüsalı mənim qızım təhqir edib. Sonradan təklikdə qızımdan üzür də istəmisən. Mərd insanlar bunu aşkarda edirlər. Əmi, qardaşqızı... Vüsalın qarşısında hansı qəbahətiniz var..."

Geri qayıt