Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan-Ermənistan sərhədində nə baş verir?

Azərbaycan-Ermənistan sərhədində nə baş verir?


Bu gün, 06:25
Azərbaycan-Ermənistan sərhədində nə baş verir?
“Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına müraciət edərək bir neçə ölkəyə, o cümlədən Ermənistan və Azərbaycan sərhədinə yaxın ərazilərə səyahət etməməyi məsləhət görüb. Onlara əgər bir hadisə olarsa, konsul xidməti göstərə bilməyəcəklərini qeyd ediblər”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, guya əllərində kəşfiyyat məlumatı olan Britaniya regionda hər hansı gərginliyin olacağından xəbərdar olduqlarını göstərməyə çalışır:

“Azərbaycan və Ermənistan arasında yeni müharibənin baş verə biləcəyini düşünürlər. Bu da ondan irəli gəlir ki, Ermənistan tərəfindən şərti sərhədlərdə ara-sıra atəşkəs pozulur. Azərbaycan da buna uyğun cavab verərək qarşı tərəfi susdurur. Bu kimi hallar tez-tez baş verirdi. Son günlər demək olar ki, müşahidə edilməyib. Azərbaycan-Ermənistan sərhədində ciddi gərginlik yoxdur.
Britaniyanın sözügedən çağırışı təbiidir. Vətəndaşlarının təhlükəsiz zonalarda olmasını istəyirlər. Məlum olduğu kimi Azərbaycan-Ermənistan sərhəd zonalarında çox sayda minalı ərazilər var. Turistlərin bu ərazilərə getməsi həyatları üçün böyük təhlükə yaradar.

Ermənistan parlamentinin spikeri Alen Simonyan son açıqlamalarında da qeyd edib ki, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq. Artıq bir çox məsələlər həll olunub. “Artsax” yerinə Qarabağ ifadəsinin işlədilməsi də buna nümunədir. Görünür, erməni rəsmiləri sülh müqaviləsinin imzalanmasının Ermənistan üçün mühüm olacağını yaxşı bilirlər. Rəsmi İrəvan Azərbaycana qarşı hər hansı addım atarsa, layiqli, adekvat cavabını alacaq”.
Geri qayıt