Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir

İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir


Bu gün, 09:08
 İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir
Regionda vəziyyət sürətlə dəyişir. Proseslərdə bir ziddiyyət görünməkdədir. Ermənistan ABŞ-la xartiya imzaladıqdan sonra xarici işlər naziri Ararat Mirzoyan danışıqlar aparma üçün Moskvaya getdi. İrəvanın Vaşinqtonla yaxınlaşması İranda xoş qarşılanmayıb. Tehran öz narahatlığını,narazılığını açıq şəkildə bildirir.

Paralel olaraq Azərbaycanla sülh müqaviləsi imzalamağı uzadır və Türkiyə ilə sərhədləri bağlıdır. Düzdür, son günlər İrəvanla Bakı arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müsbət gəlişmələr var. Amma bu, sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına səbəb olacaqmı, hələ bəlli deyil.

Ermənistanın Aİ ölkələri, əsas da Fransa ilə yaxşı münasibətləri var. Paris ermənilərin yenidən silahlanmasına dəstək verir. Bu, daha çox Azərbaycana və Türkiyəyə qarşı planın tərkib hissəsidir. Sabah İrəvana çətin vəziyyətlə üzləşərsə, Nə Fransa, nə digər Avropadakı digər müttəfiqi ona yardım əllərini uzada bilməyəcək.

Bu cür əlverişsiz vəziyyətdə Paşinyan üçün ən uyğun seçim, manevr nə ola bilər?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Ermənistan hazırkı durumda Rusiya ilə yaxınlaşmağa çalışacaq:

“Ermənistan və ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişindən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya yollanması və buradan verdiyi açıqlamalar onu deməyə əsas verir ki, rəsmi İrəvan Moskva ilə danışıqların davam etdirilməsində maraqlıdır. Çünki Donald Tramp administrasiyasının əsas prioritetinin Cənubi Qafqaz olmayacağını yaxşı bilirlər. Yəni Qərbdən Ermənistana veriləcək dəstək ABŞ və Aİ arasında bölünür. Trampın hakimiyyətə gəlişi ilə Aİ siyasətində də müəyyən dəyişikliklərin olacağı gözlənilir. Fransa da birbaşa dəstək verə bilmir. Digər tərəfdən isə bir çox çoğrafiyalarda itirən tərəfə çevrilib. Regionda Ermənistana əsas dəstək verən ölkə isə İran idi. Lakin İran ətrafında da vəziyyət dəyişir. Yaxın Şərqdə məğlubiyyətdən sonra kənar regionlardakı proseslərə müdaxilə imkanları azalıb”.

Politoloqun sözlərinə görə, İran Cənubi Qafqazda mövcud olmaq, proseslərdə hansısa formada iştirak etmək üçün Azərbaycanla münasibətləri normallaşdırmalı olduğunu anlayır:

“Bakı-Tehran xəttində baş verən müsbət proseslər də bundan xəbər verir. Bütün bunların kontekstində Ermənistan köhnə müttəfiqinə yenidən yönəlmə siyasətini davam etdirəcək. İrəvan üçün yeganə çıxış yolu Moskva ilə münasibətləri normallaşdırmaqdır. Nikol Paşinyan ritorikanı yumşaldıb, əməkdaşlıq kontekstində mövqe sərgiləyəcək. Ukraynada razılaşmaların olacağı gözləntiləri fonunda Rusiyanın Cənubi Qafqazda aktivliyi daha da arta bilər. Ümumiyyətlə, Cənubi Qafqaz 44 günlük müharibədən əvvəlki, Rusiya və Türkiyənin əsas rol oynadığı dövrə qayıda bilər. Ona görə də Ermənistan Rusiyaya yönəlməkdə meyillidir. Bu həm də Ermənistana iqtisadi və təhlükəsizlik baxımından da vacibdir”.

Geri qayıt