Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir

Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir


Dünən, 15:04
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir
Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 milyard 129,7 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici dövlət borcu ötən ilin əvvəli ilə müqayisədə 1 milyard 331,5 milyon dollar və ya 20,6% azalıb.
Məlumat üçün bildirək ki, xarici dövlət borcunun 41,7%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən cəlb edilib.
Xaricdən borc alan əsas dövlət qurumlarının siyahısını təqdim edirik:
- Maliyyə Nazirliyi – 2 milyard 137,6 milyon dollar (41,7%);
- Avtomobil Yolları Dövlət Agentliyi – 979,8 milyon dollar (19,1%);
- Dövlət Su Ehtiyatları Agentliyi – 714,3 milyon dollar (13,9%);
- “Azərbaycan Dəmir Yolları” QSC – 708,6 milyon dollar (13,8%);
- NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi – 192,1 milyon dollar (3,7%);
- Kənd Təsərrüfatı Nazirliyi – 128,7 milyon dollar (2,5%);
- Digər dövlət qurumları – 268,6 milyon dollar (5,3%).

Geri qayıt