Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI...

Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI...


19-02-2025, 10:02
Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI...
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının araşdırılmasına dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında respublikanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.

"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələblərinə, standartlarına və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - o bildirib.

Geri qayıt