Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq

Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq


Bu gün, 13:21
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq
Ermənistanla müdafiə sahəsində əməkdaşlıq davam edir.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekoti deyib.

O, bu barədə Ermənistanın “İctimai” radiosuna müsahibəsində danışıb:

“Bu il Ermənistanla müdafiə sahəsində üç əsas istiqamət var. Birincisi, İrəvanın müdafiə avadanlığı ilə təmin olunmasıdır. Digəri həm Ermənistan, həm də Fransada erməni hərbi kadrlarının hazırlanmasıdır. Üçüncü istiqamət isə Ermənistan Müdafiə Nazirliyinə verilən məsləhət xidmətləridir. Rəsmi Bakının bununla bağlı tələblərinə cavab olaraq deyə bilərəm ki, biz eyni məqsədlərlə davam edəcəyik”.

Səfir qeyd edib ki, tərəflər arasında sülh müqaviləsi olmadığı müddətcə silahlı qarşıdurma ehtimalı həmişə var:

“Bir ilə yaxındır ki, ciddi insident baş verməyib. Eyni zamanda, müşahidəmizə görə, ötən ilin yayından bəri sülh danışıqlarında ciddi irəliləyiş yoxdur. Buna görə münaqişə yenidən başlaya bilər. Amma təbii ki, danışıqlar prosesi davam etməlidir”.
Geri qayıt