Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat

“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat


Dünən, 17:12
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat
“ABB-İnvest İnvestisiya Şirkəti”nin Audit Komitəsinə yeni sədr təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifə Məcid Həsən oğlu Məmmədova həvalə edilib.

Ona qədər vəzifədə Qurbanov Elgün Səfər oğlu idi.

Məcid Həsən oğlu Məmmədov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə magistr, İngiltərənin Warwick Biznes Məktəbində MBA dərəcəsi alıb. O, “ABB-İnvest İnvestisiya Şirkəti”ndə Müşahidə Şurasının müstəqil üzvüdür.
Məlumat üçün qeyd edək ki, Azad Musa oğlu Məmmədov və Zamiq İsa oğlu Məmmədov Audit Komitəsinin üzvüdür.

Geri qayıt