Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan bu əraziləri də azad edərsə...

Azərbaycan bu əraziləri də azad edərsə...


Bu gün, 06:37
Azərbaycan bu əraziləri də azad edərsə...
ABŞ Prezidenti Donald Trampın Ukraynaya yardım müqabilində Kiyevdən mineral ehtiyatlarını istəməsi dünya siyasi sistemində daşları tərpədib. Hətta bəzi ekspertlər ABŞ-ın Ukraynadan yardım qarşılığında ərazi tələb etməsinin mümkünlüyü haqda fikir yürüdürlər.

Analoji versiya Azərbaycan-Ermənistan münasibətlərinə də şamil olunur. Belə ki, rəsmi İrəvanın işğal müddətində vurduğu zərərə görə maddi təzminat ödəməli olduğu bildirilir. Təzminat ödəyə bilməyəcəyi təqdirdə bunu ərazi ilə əvəz etməsinə diqqət çəkilir.

Azərbaycan işğal müddətində vurulan zərərə görə Ermənistandan hansı mühüm əraziləri tələb edə bilər?

Globalinfo.az-a danışan Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlının fikrinə əsasən, 30 ildən çox müddətdə Ermənistanın Azərbaycan torpaqlarının təxminən 20 faizini işğalda saxlaması faktı onu göstərir ki, yeraltı və yerüstü sərvətlər talan edilib:

“Bununla bağlı çox sayda faktlar var. Qarabağ və ətraf ərazilərdə olan sərvətlər talan edilib. Ermənistan xarici şirkətlərin yardımı ilə Azərbaycanın sərvətlərini xarici ölkələrə daşıyıb. Azərbaycanın həmin ərazilərdəki maddi mədəniyyət abidələri dağıdılıb, yerlə yeksan edilib. Hesablamalara görə, Azərbaycana 800 milyard dollardan artıq ziyan dəyib. Xarici ekspertlərin araşdırmalarına əsasən ölkəmizə dəyən ziyana görə Ermənistan təzminat ödəməlidir”.

Qafar Çaxmaqlının sözlərinə görə, Azərbaycan Qarabağ və ətraf ərazilərdə 30 il ərzində baş tutan iqtisadi cinayətləri bağışlamayacaq:

“Son vaxtlar tez-tez səsləndirilən fikirlərdən biri də Azərbaycan və Ermənistan arasında qısa müddətdə sülh müqaviləsinin imzalanması üçün tərəflərin bəzi məsələlərdə güzəştə getməsidir. Lakin rəsmi Bakı bu cinayətləri bağışlamayacaq. Beynəlxalq məhkəmədə Azərbaycan sözügedən məsələlərin üzərinə getməlidir. Ermənistan isə bu vəziyyətdən ciddi narahat olmağa başlayıb. Çünki qanunla üzərinə qoyulacaq böyük məbləğdə təzminatı ödəyə bilməyəcək. Praktikada belə təcrübə var ki, həmin təzminat ödənmirsə, əvəzində ərazi verilməlidir. Bu da Azərbaycana indiki Ermənistan ərazisində olan bəzi torpaqları geri qaytarmağa imkan yaradacaq. Rəsmi Bakı məsələnin üzərinə getməlidir. ABŞ-da Ukraynaya yardımların müqabilində mineral ehtiyatların verilməsini tələb edir. Azərbaycan da bunu dilə gətirməlidir. Ermənistanda belə bir mineral sərvətlər həqiqətən də var. Zod mədənlərini Azərbaycan təzminat olaraq Ermənistandan ala bilər. Əlavə olaraq qərbi Zəngəzur bölgəsində Mis-Molibden Kombinatını da Ermənistan büdcəsinin önəmli hissəsini təşkil edir. Azərbaycan buna qarşı da tələb irəli sürə bilər. Ümumiyyətlə, təzminat kimi çox şey alına bilər. Bu ətraflı araşdırılıb, plan tərtib olunmalıdır. Beynəlxalq məhkəmələrdə məsələni qazana bilsək Ermənistandan istədiyimizi ala bilərik”.
Geri qayıt