Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir

Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir


Bu gün, 00:19
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir
Bakının Nərimanov rayonunda yerləşən "Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.

"DİA-AZ" Musavat.com-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.

Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir
Geri qayıt