Valideynlər Bakı, Həsən bəy Zərdabi prospekti, 245 ünvanında yerləşən 117 Saylı Uşaq Bağçası, uşaq bağçası, körpələr evindən giley edirlər. "DİA-AZ" olara bu barədə bir qrup valideyn adından təqdim oilunan müraciəti ixtisarla diqqətinizə çatdırırıq:
"Bizim övladlarımız 117 saylı dövlət bağçasına gedir.
Bildiyimiz kimi, dövlət bağçalarında təhsil pulsuzdur. Lakin hər ay müdir tərəfindən valideynlərdən 120 AZN pul yığılır. Bu ödənişin nəyə əsaslandığı barədə rəsmi heç bir məlumat verilmir.
Sizcə, bu, nə dərəcədə düzgündür? Bu vəziyyətlə bağlı fikirləriniz maraqlıdır. Kimsə digər dövlət bağçalarında belə bir halla qarşılaşıbmı?
Dəfələrlə etiraz etsək də, şikayətlərimiz qulaqardına vurulur..."