Əsas Səhifə > Manşet, Siyasət > Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!!

Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!!


Bu gün, 11:18
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!!
"Neftçilərə qarşı belə bir siyasət aparıb,onları narazı salmaqda , onlara əzab verməkdə məqsədiniz nədir?" "DİA-AZ" bildirir ki, bubu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ifadə edib.
"Aparılan siyasət məqsədyönlü deyil ki?!!" deyə sual edən NHMT sədri daha sonra əlavə edib:
"Bir bu qalıb ki, işçilər yığışıb gəmi alıb şirkətə versinlər ki, növbəmizi vaxtlı vaxtında dəyişsinlər...." Qeyd edək ki, M.Qəhrəmanlı aidiyyatı qurumlardan onun təşkilatına ünvanlanan konkret müraciətlə bağlı hesabat da tələb edib. O, həmin işçinin paylaşımını təqdim edib: "Qərbi Abseron 20 öomrəli platformadan Kompleks Qazma İşləri Trestinin işçiləri yazır:
"20 gündür ki, dənizdəyik. Heç kimin vecinə deyil ki, işçilər nə yeyir, nə içir. Rəislər bir dəfə də olsun soruşmurlar ki, çörəyiniz varmı yeməyə?

İşçilər neçə gündür ki, səhər, günorta, makarona möhtac qalıb. O da bir yerə qədər. İşçilərdə həm işin ağırlığı, həm də şəraitsizlikdən taqət qalmayıb. Gərək kimsə yıxıla, yaxud nəsə qəza baş verə, sonra gəmi versinlər? Hami da qorxusundan susur ki , rəislər qapını görsətməsinlər. Hava normal olan günlər var idi, amma veclərinə də olmadı, yenə də havanı bəhanə edib, gəmi gələ bilmir dedilər. PSK,MPK gələ bilmir,heç olmasa, Üfüq, Turan, Zəfər kimi gəmilər növbəni dəyişə bilərdi. Etmirlər. Burda nəsə bir oyun var? Axırda da dıdişəndə 70 ilin gəmisi PSK gəlir. 20-30 nəfər adam tutan gəmiyə 100 işçini yığırlar. Hamı sahilə kimi ayaq üstə gedir.
Bu gün də mədəni dəyişdilər, bizi dəyişmədilər. Gəmi səhər orda ola-ola göndərmədilər. Axşam göndərdilər. Gəmi də yolu yarıya kimi gedib, geriyə qayıtdı. Yenə qadıq burda. Hamı axırıncı olan yeməyini yeyib gözləyirdi ki, indi gedirik. Geyinib hazırlaşmışdı... gözləyirdi... PSK göndərdilər. O da yarı yoldan geri qayıtdı ki, hava pisdi. Havada isə heç bir dəyişiklik yox idi. Heç birimizin ərzağı qalmayıb...."

Geri qayıt