Əsas Səhifə > Manşet, Gündəm > "Deyir, dükan düzdür... siz səhvsiniz..."
"Deyir, dükan düzdür... siz səhvsiniz..."1-01-2025, 10:20 |
"Şikayətim yəgin ki, hamının ortaq şikayəti olacaq..." "DİA-AZ" xəbər verir ki, bunu öz gileyində İlkin Əliyev adlı sosial şəbəkə istifadəçisi ifadə edib. Oldquca aktual bir məsələyə diqqət çəkən ictimai fəal daha sonra bunları əlavə edib: "Bəzi paltar mağazalarından mal alırsan və sənə qəbzdən əlavə 2-3 kağız verirlər. Birdən malı dəyişmək, geri qaytarmaq istəyəndə çaşıb kağızların 1-ni itirəsən, çünki yalnız qəbzlə iş düzəlmir. Qəbzlə bərabər digər kağızlar mütləq olmalıdır çünki, hansısa məlumat yalnız digər kağızlarda olur, qəbzdə o məlumat yoxdur. Deməli hər alış-verişə çıxanda sənə paltar paketlərindən əlavə bir paketdə kağız olmalıdır və o kağızları mütləq saxlamalısan... Qanuna baxırsan yazır ki, “İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Antiinhisara zəng edirsən ki, əlimdə qəbzlə bir yerdə 1 kağız var, 3 cü kağız yoxdur və maqazin geri qaytarma etmir, eyni malın başqa razmeri və ya eyni rəngi yoxdur. Deyir dükan düzdür siz səhvsiniz, mütləq olmalıdır. Belə bir şey nə dərəcədə düzgündür? Harda və hansı formada şikayət yazsaq köklü şəkildə həll olunar belə bir məsələ?.." Geri qayıt |