Əsas Səhifə > Manşet, Gündəm > Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ?

Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ?


Bu gün, 08:57
Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ?
Keçən həftə "Abşeronneft" Neft və Qaz Çıxarma İdarəsində çalışan işçilərin gileyini təqdim etdik. Onlar əməkhaqqının azlığından, iş şəraitinin isə ağırlığından şikayətçidirlər. "DİA-AZ" bildirir ki, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciətlər olsa da, bir faydası olmayıb. Amma şikayətlərin ardı-arası isə kəsilmir. Onlardan bəzilərini diqqətinizə təqdim edirik ki, bəlkə səlahiyyətli şəxslər aşağı işlərdə çalışanlar barəsində də düşünələr...

Beləliklə, Vüqar Haqverdiyev adlı keçmiş neftçi yazır: "Abşeron NQÇİ-nin sabiq rəislərindən birinin Bakıda çox bahalı bir gürcü restoranı, Səlyanda balıq dambaları, Gürcüstanda da dəyəri 5 milyon dollardan yuxarı olan obyekti var.
Həmin adamın Bakı şəhərində bahalı villası, Dərnəgüldə isə inşaat materialları bazası var!
Özlərinə milyonlar tapa bilirlər, ancaq fəhlələlərə gələndə deyirlər ki, vəsaitimiz yoxdur!
Bu Rövşən Nəcəf də ancaq kabinetlərdə əyləşən korrupsionerlərin, vəzifəlilərin maaşlarını artırır, fəhlələrə sanki nifrət edir bu adam!"

Başqa bir neft çalışanı - Təbriz Ağazadə isə bunları qeyd edir: İdarədə, sexlərdə çalışan rəhbərlər dəniz üzü (vaxtda qalmasalarda) görməsələr də, ancaq dəniz əmsalı ilə əməkhaqqı almağı yaxşı bacarırlar..."

Geri qayıt