Əsas Səhifə > Manşet, Sosial > `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR...
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR...Bu gün, 09:28 |
"Mənim "Kontakt Home" mağazasından şikayətim var!" "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mədinə adlı istifadaəçi qeyd edib. Narazı vətəndaş daha sonra başına açılan oyunu belə nəql edir (şikayət mətnini olduğu kimi təqdim edirik ki, müdaxilə etmiş kimi görünməyək - red.): "09.10.2024 tarixində Sumqayıtdakı Kontakt Home 3-cü filyalına yaxınlaşıb, Samsung Ultra 24 əl telefonu almaq üçün müraciət etdim. Telefonu kreditlə aldığım üçün məndən çoxlu suallar soruşuldu, mağaza bağlandığı və yetərli vaxt qalmadığı üçün, satıcı kredit şöbəsinə yaxınlaşıb (üst mərtəbə) və açıq qutuda olan telefonun sadəcə üzərindəki yapşqanı qopardıb telefonu bizə təqdim etdi. (qutunun açılmış olduğunu mağazadan çıxdıqdan sonra anladıq) Sonra ilkin ödəniş olunduqdan sonra qutuda telefon bizə təqdim edildi. Telefonu evə gətirib və spikirindan yetərli səsin çıxmadığını görüb, problemi internetdən araşdırmağa başladım və telefonun xarab olduğu qərara gəlib filyala yaxınlaşdım. Mövzu ilə əlaqədar mağaza müdirinə və onun yanında oturan texniki ekspertə yaxınlaşdım. Texniki ekspert səs-ucaldının tutulmuş olduğunu söylədi və mən də telefonun istifadə edilməmiş olduğunu qeyd edib telefonda qüsur olduğunu bildirdim. Telefonun qüsurunu araşdırmaq üçün servisə getməsinin vacib olduğunu bildirdilər və telefon servisə getdi. 15-20 gündən sonra servisdən səs-ucaldıcının xarab olduğu haqda məlumat aldım və 550 AZN xərci olduğunu mənə bildirdilər. Mən də istifadə etmədiyim telefonu təmir etməyəcəyimi və o məbləği ödəməyəcəyimi onlara bildirdim. Telefon təkrar Kontakt Home mağazasına geri göndərildi və mənə telefonu götürməyimin xəbəri verildi. Mən də mağazaya yaxınlaşıb telefonu qaytarmaq istədiyimi bildirdim. Bir gün sonra müştəri şikayətləri şöbəsindən mənə zəng edildi və təmir xərclərinin yarı-yarı şəkildə ödənilməsi təklif edildi. Mən isə o təklifi qəbul etmədiyimi, gözümün önündə qutunun açılmadığını və telefonu geri götürməyəcəyimi bildirdim. Anti-inhisara şikayət etdim və şikayətdən sonra Kontakt Home-dan mənə zəng gəldi və telefonun sadəcə 25 AZN xərci olduğu bildirildi ! Yəni Samsunga görə 550 AZN amma Kontakt Home-a görə 25 AZN xərc ! mənim başa düşmədiyim budur ki 2 gün içindi hələ telefonu hazırlayıb işlətmədim halda necə onun səs-ucaldısı xarab olur? uzun sözün qısası 4 aylıq qüsursuz şəkildə kreditini ödədiyim telefonu hələ istifadə edə bilmirəm ! Yəni Kontakt Home deyir səs-ucaldıcıda toz var, Samsung servis deyir içinde həşərat var, sonuncu qərar isə mexaniki qusur ! Nəticə olaraq, qutusu açılmış olan xarab telefonu mənə satıblar!.." Geri qayıt |