Əsas Səhifə > Manşet, Güney Press > "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..."
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..."Bu gün, 17:14 |
Laçın rayonu, Şeylanlı kənd sakini Qələndərov İlqar Vahid oğu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. “Ağcabədi rayonunun "Taxtakörpü" deyilən ərazinsində, 552 saylı qəsəbədə yaşayıram. Ailəmin sosial vəziyyəti çox ağırdır. 1995-ci ildə Ağdam rayonunun Çəmənli kəndinin sərhəd bölgəsində erməni quldurları tərəfindən sol qıçımdan güllə zədəsi almışam. Bu səbəbdən pensiya alırdım. Artıq 4 ildir ki, pensiyamı dayandırıblar. Vəziyyətimiz çox ağırdır. Ailədə 4 nəfərik, heç bir yerdə işləmirik". Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. Araşdırıb, məlumat verəcəyini bildirdi. Geri qayıt |