Əsas Səhifə > Manşet, Siyasət > Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU

Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU


Bu gün, 09:26
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU
"Hörmətli cənab prezident. Mən Siyəzənneft NQÇİ -nin işçisi Əliyev Zamiq Qüdrət oğlu Azərbaycan Respublikası Konstitusiyasının 57 -ci maddəsinin 1 və 2 ci bəndlərini rəhbər tutaraq Sizə şikayət edirəm". "DİA-AZ" xəbər verir ki, bu müraciətin müəllifi eyni zamanda Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) vasitəsilə gileyini ictimailəşdirib.
Müraciətdə daha sonra deyilir: "Məlumumuz olduğu kimi, Azərbaycan iqtisadiyyatının özəyini neft-qaz sahəsi təşkil etməkdədir. Neft-qaz sahəsi iqtisadiyyatın aparıcı amilinə çevrilmişdir və onun inkişfına daim Sizin tərəfinizdən xüsusi diqqət yetirilməkdədir. Dövlət Neft Şirkətinin əsas siyasətlərindən biri də özünün strukturlarında modernləşdirmə və genişləndirməyə şərait yaratmaq, yenidən qurulmasını təşkil etmək onları yeni texnika və texnologiya ilə təmin etməkdir.
Lakin əfsuslar olsun ki Sizin xalqın rifah halını yaxşılaşdırmaq etibarlı sosial mühütün təmin edilməsi üçün iş yerlərinin açılması barədə göstərişinizə qarşı çıxan "Siyəzənnfet" NQÇİ -nin rəisi Rauf Alməmmədov "Siyəzənnfet" NQÇİ-nin Ata çay sahəsini absurd qərarla ləğv etmyə çalışır. "Burda mən, Bağdadda kor xəlifə" misali hərəkət erməklə heç kimi saya salmadan diktator kimi davranmaqdadır.
Belə ki həmin şəxs "Siyəzənnfet" NQÇİ-nin Ata çay sahəsindəki iki ədəd neft yığım çəninin daxilində təbii olaraq lillənmə olduğunu absurd bəhanə gətirməklə onu təmizlətmə zəhməti çəkmədən bütün sahəni ləğv etmək qərarına gəlib. Halbuki şəkildə də görüldüyü kimi çənlərin qarşı tərəfində onunların vaxtaşırı təmizlənməsi üçün yer nəzərdə tutulub. Bundan əlavə də lillənmə təkcə Ata çay sahəsində deyil bütün sahələrdəki neft yığım çənlərində mövcuddur və belə çıxır ki bütün sahələri mərhələli şəkildə ləğv etmək gərəkir.
İdarə rəsinin Vəzifə Standartının Səriştəlilik bölməsində rəis olan şəxsin dürüstı, məsuliyyətli olması, STRESİ idarə etməsi, əməkdaşlıq etməsi, danışıq aparması qeyd olunur lakin idarə rəisi başqa şeylər o yana STRESİ idarə etmənin əvəzinə işçiləri yüksək stresə salır və bizə mənəvi psixoloji zərər verməkdədir.
Bu "Siyəzənnft" və Siyəzən rayonuna qarşı bir təxribatdır və gələcəkdə ümumilikdə "Siyəzənnfet"in bağlanmasına zəmin yaratmaqdadır.
Ərazidəki bütün işçilər bu absurd qərardan narazıdır və sizdən kömək gözləyirlər.
Mən Azərbaycanın azadlığı və suverenliyi uğrunda qardaşını şəhid vermiş bir şəhid ailəsi kimi Sizdən xahiş edirəm bu absurd qərarın ləğvi üçün ciddi göstəriş verəsininz..."


Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU

Geri qayıt