Əsas Səhifə > Manşet, Gündəm > AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ...
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ...Bu gün, 08:26 |
"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsində yaşanılan neqativ olaylar artıq yerli KİV-də yetərincə işıqlandırılıb. Lakin görünəni odur ki, əlaqədar qurum və şəxslər əsasən sıravi işçilərin qaldırdığı problemləri həll etmək əvəzinə, həmin neqativləri daha yuxarı instansiyaların diqqətinə çatdıranları təqib etməkdədirlər. Elə dünəın Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhərmanlıya istinadla növbəti belə bir işçi gileyini ictimailəşdirmişdik. Bu dəfə də "Azəriqaz" çalışanı narazılıq edir və eyni zamanda konkret ittihamlar səsləndirir. "DİA-AZ" olaraq Səid Səfərəliyev adlı işçinin müraciətini təqdim edirik: ""Azəriqaz" Ağsu RQİİ rəhbərlərinin tutduğu qünah işləri (oğurluqları) müəyyən işciləri, fəhlələri 2022-ci ilin aprel ayından bu yana onlarla məktub və müraciətlər yazaraq yuxarı instansiyalara - yəni SOCAR rəhbərliyinə və "Azəriqaz" rəhbərliyinə, eyni zamanda SOCAR-ın Müşahidə Şurasına göndərsə də, hansısa tədbir görülməyib. Hələ də sübut olunmuş və dəqiqliyi şübhə doğurmayan faktlarla bağlı hansısa tədbir xarakterli addım atılmayıb. Yeni rəhbərliyin bu subut olunmuş faktları yoxlamaq könlü olsa, biz onlarla iş görməyə - yəni hər şeyin yerli-yerində araşdırılmasına köməklik edə bilərik. O ki qaldı Ağsu RQİİ-nin rəhbərlərinin nəyinsə müqabilində orda oturub işləməklərinə... şəxsən onların özlərinin də rüşvət almaqlarına... bununla bağlı da yetərincə subutlar var. Hələ ki, bu barədə heç nə acıqlamırıq. Amma rəhbərlik səmimi araşdırmada maraqlı olarsa, kömək etməyə hazırıq... Geri qayıt |