Əsas Səhifə > Reklam, Güney Press > Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridirDünən, 11:26 |
![]() Maraqların toqquşması biznes bütövlüyünə və qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir. "DİA-AZ" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Komplayens şöbəsinin rəhbəri Vüqar Novruzov Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) 5-ci Etika və Uyğunluq Konfransında bildirib. Onun sözlərinə görə, maraqların toqquşması müəyyən sahələrə üstünlük verilməsinə, korrupsiyaya və nüfuza təsir edə bilər: "Bu cür situasiyaların düzgün idarə olunması yalnız ayrı-ayrı şirkətlərə deyil, bütövlükdə sektora müsbət təsir göstərir". V.Novruzov vurğulayıb ki, maraqların toqquşmasının açıqlanması üçün şirkətlərdə müvafiq mədəniyyət formalaşdırılmalı və effektiv tənzimləmə mexanizmləri tətbiq edilməlidir: "Bu məqsədlə konkret siyasətlər hazırlanmalı, əməkdaşlara mütəmadi təlimlər keçirilməlidir". “Latham & Watkins” şirkətinin nümayəndəsi Edvard R. Kempson isə qeyd edib ki, maraqların toqquşması ilə bağlı mövcud tənzimləmə və təhlil mexanizmləri bəzən kifayət etmir. Onun sözlərinə görə, qanunvericilik bu məsələdə əsas çərçivə yaratsa da, yalnız qanuni tələblərə əməl etmək yetərli deyil. “Bu sahədə peşəkar standartlar da formalaşmalıdır ki, agentliklərdə çalışan hüquqşünaslar və müşavirlər onlardan istifadə edə bilsinlər. Eyni zamanda, bu şərtlər əmək müqavilələrində və müştərilərlə bağlanan sazişlərdə əksini tapmalıdır. Əgər siz yalnız qanunlara əməl edirsinizsə, lakin ümumi etik normaları gözləmirsinizsə, bu, müştərilərinizin və rəhbərliyin etimadını itirməyinizə səbəb ola bilər. Buna görə də daha yumşaq, amma aydın etik tələblər də müəyyən edilməlidir”, – deyə o əlavə edib. Geri qayıt |