Əsas Səhifə > Üst manşet, Güney Press > 'Expargo' karqoları BELƏ GECİKDİRİR
'Expargo' karqoları BELƏ GECİKDİRİR21-12-2024, 02:55 |
Vətəndaşlar tərəfindən EXPARGO karqo şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, vətəndaş iddia edir ki, dekabrın 3-ü tarixində xarici anbara daxil olan məhsul 17 gün keçməsinə baxmayaraq hələ də çatdırılmayıb. Referans.az xəbər verir ki, əlavə olaraq bağlama ilə bağlı ayın 9-u yoldadır, 12-si çeşidləmədədir yazılıb. Dekabrın 17-si isə məhsulun yolda olduğu hərəkət siyahısında qeyd olunub. Şikayətlərdən sonra 18-i tarixində yenidən məhsulun çeşidləmədə olduğu bildirilib. Bütün bunlara baxmayaraq hələ də bağlamadan heç bir xəbər yoxdur. Geri qayıt |