Əsas Səhifə > Üst manşet, Güney Press > Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU...

Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU...


21-12-2024, 09:52
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU...
"Dünən (srağagün -red.) tanınmış “hermenevt”, cadugərlik fəaliyyətinin də daxil olduğu ezoterika elminin Azərbaycanda ən görkəmli nümayəndəsi, məşhur diplom alverçisi, ölkənin ən adlı-sanlı rüşvətxoru, elm və ədəbi-bədii fikir oğrusu, plagiator, Nofəl mükafatı laureatı, mahir talançı, “siyasi repressiya qurbanı”, “dissident” və bir çox başqa “yüksək titul”ların sahibi Kamal Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində iki kafedraya müdir seçkisi keçirilib. “Qulaq” informasiya agentliyinin əldə etdiyi məlumata görə, seçki ərəfəsində Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasına namizəd müdirlik üçün tələb olunan 50 000 manat əvəzinə 20 000 manat təklif edib. Hərracın hansı məbləğlə yekunlaşdığını müəyyənləşdirmək mümkün olmayıb. Lakin o, hər iki tərəfi qane edən məbləğ olduğundan uğurla nəticələnib..." "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Keçmiş Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının müdirliyinə namizədlə isə məbləğ söhbəti olmayıb – razılaşma əvvəlcədən rahat şəkildə əldə olunub. Bu o, kafedradır ki, onun vəzifəsindən uzaqlaşdırılmış müdirinə Kamal Abdullayev mənim haqqımda Prezident Administrasiyasına çirkin iftira məktubu yazdırmışdı. Amma zamanmı deyim, Kamal Abdullayevmi deyim, öz işini gördü. İndi onlar, necə deyərlər, “qanlı bıçaq”dırlar. Ona görə də Kamal Abdullayevə yeni müdir (“O olmasın, bu olsun” filmindəki kimi desək, “yəni onun pulu”) lazımdır. Kamal Abdullayevi tanıyanlar yaxşı bilirlər ki, o, lazım olan adamlardan bacardığı qədər istifadə edir, sonra isə “Davay, dosvidaniya” deyir. Məsələn, onun tapşırığı ilə xaincəsinə mənim əleyhimə səs vermiş, haqqımda hazırlanmış iftira məktubuna imza atmış sabiq kafedra müdiri Şaban Şabanov, məhkəmədə mənə qarşı yalançı şahidlik etmiş, indi vəzifəsindən atılaraq tam ştatın belə, çox görüldüyü, üstəlik, “səni görüm termosun sınsın” qarğışından sonra girami termosu sınmış sabiq dekan Şahin Xəlilli, keçmiş Təhsil-1 və Təhsil-2 fakültələrinin dekanları belələrindəndir.
Həmin Xarici dillər kafedrasına müdir seçkisi əməli-başlı şou olub – Kamal Abdullayevin “Casus” tamaşası kimi. Agentliyin məlumatına görə, sən demə, bu tamaşda da casus var imiş, çünki lehinə 4, əleyhinə isə 16 səs qazanmış namizəd uğurla qələbə çalıb, yəni 4 səslə müdir seçilib. Bu, əlbəttə, məntiqsiz Kamal Abdullayevin qeyri-səlis məntiqinə tam uyğundur.
Dekabrın 24-də Kamal Abdullayevin “Qeyri-səlis məntiq və dil-nitq” kitabının Universitetdə keçiriləcək müzakirəsində, yəqin ki, elə bu qeyri-səlis seçki də nümunə kimi istifadə olunar.
Burada 2023-cü ildə Nənə Yaqutun özünün artıq yekunlaşdırmaqda olduğu “Gizli Nənə Yaqut” romanına yazdığı ön sözdə qeyri-səlis məntiq məsələsi ilə bağlı a-a-b-a qafiyə sistemində yazdığı bir şeiri xatırlatmaq yerinə düşərdi:
“Fuzzy logics” Nənə üçün bir oyun,
Anlayarmı bunu hər boynu yoğun?!
Deyirəm ki – səlismidir, ya qeyri –
Yeyənlərə: “Daha bəsdir, bir doyun”.
Kamal gözlər semestrin sonunu,
Geyər huri, pəri, mələk donunu,
“Qeyri-səlis” cavabları arayar,
Hesablayar kəsirlərin pulunu..."

Geri qayıt