Əsas Səhifə > Üst manşet, Güney Press > `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU...

`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU...


Dünən, 09:32
`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU...
"Şikayətim "166 Cargo" şirkətindəndir. Temu-dan sifariş etdiyim bağlamanın 24 dekabrda kuryerə təhvil verildiyi barədə bildiriş aldım. Növbəti günlərdə mənimlə əlaqə saxlayan olmadığından müştəri xidmətlərinə zəng etdim..." "DİA-AZ" xəbər verir ki, bu barədə Elçin Rəfiyev adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.

`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU...

Narazı vətəndaş daha sonra bildirir: "Operator mənə 5-7 gün gözləməyi tövsiyyə etdi. Bugün isə temunun özündən bildiriş gəldi ki, çatdırılmaya cəhd edildi, müştəri tapılmadı. Halbuki mənimlə hələ də heç kəs əlaqə saxlamayıb, müştəri xidmətlərinə zəng etdikdə isə sırada 14-15ci oluram və bu rəqəm dəyişmir. Şirkətin sosial şəbəkələrində başqa müştərilər də eyni hal ilə rastlaşdığını yazdıqlarını görmüşəm. Bu cavabdehsizliyə qarşı tədbir görülməlidir..."

Geri qayıt