Əsas Səhifə > Üst manşet, Güney Press > Bu həftə onun da 'ulduzu sönəcək'...

Bu həftə onun da 'ulduzu sönəcək'...


Bu gün, 07:01
Bu həftə onun da 'ulduzu sönəcək'...
Artıq 6-cı ildir ki, Şirvan şəhərində icra başçısı postunu tutan İlqar Abbasovun da qürub vaxtı yetişib. Belə ki, "DİA-AZ"ın hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, bu həftə sözügedən rayonda icra başçısı dəyişikliyi baş tuta bilər.

Məlumatda deyilir ki, 6 illik vəzifə icrası boyunca Şirvanda ancaq narazılıq yarada bilən və özünün etdiyi qanunsuz əməlləri səbəbindən "Şirvanşah" ayamasını ünvan olaraq alan İlqar Abbasovun keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə qədər əvəzlənməsi niyyəti həm də "yuxarıların" ona olan neqativ münasibətinin göstəricisidir.
Geri qayıt