Əsas Səhifə > Üst manşet, Güney Press > "Vasif Talıbov gedəndə sevinmişdik..."
"Vasif Talıbov gedəndə sevinmişdik..."Bu gün, 08:31 |
"Çoxdan bəri facebook dostlarımdan biri olan Adəm bəy bugün mənə çox çarəsiz olaraq bir müraciət ünvanladı. Mən ona çox ürək ağrısı ilə qulaq asdım. Bu insan Naxçıvanın Nehrəm kəndindəndir . Nehrəm bildiyimiz kimi ziyalılar , professorlar , şairlər sənət adamlarını yetişdirən bir diyardır..." "DİA-AZ" xəbər verir ki, bu paylaşımla öz səhifəsində jurnalist Sima Babayeva çıxış edib. O daha sonra əlavə edib: "Amma bu gün Adəm bu görkəmli kəndin zavallı bir ailəsidir. Onun himayəsində 3 az yaşlı övladı var. Adəm deyir:"Nə pis imiş ailə övlad yanında üzü qara qalmaq". Bu üzü qaraliq imkansızlıqdan qaynaqlanır . O deyirki, evdə ailəsinə qarın dolu yavan çörəklə heç təmin edə bilmir. İşsiz olaraq nə qədər yaşamaq olar. Əvvəl Vasif Talıbov gedəndə biz ailəlikcə sevindik.Sevindik ona görəki, bəlkə yeni gələn sistem idarə heyyəti insanların daha yaxşı yaşamasına xidmət edər. Ama əksinə lapda həyatımız çətinləşdi. Mən bu hakimiyyətidən nə var, nə dövlət nə də vəzifə istəyirəm . Sadəcə istəyim odur ki, evə gələndə gözləri əllərimdə olan 3 balamın yanında utanmayım. Arada əlacsızlıqdan beynimə bir fikir gəlir bu dünyaya ağırlıq edirik. Bəlkə bəsdi deyib həyatımıza son qoyaq. Onsuzda aclıq öldürüb bizi. Ailəmlə birlikdə intihar edək bu zalim həyata göz yumaq, bəlkə bizim bu dünyadan faciəvi getməyimiz hansısa vicdan sahiblərinin vicdanın sızıldadar. Məndən sonra kimlərsə ağ günə çıxar..." Geri qayıt |