Əsas Səhifə > Üst manşet, Güney Press > Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ?

Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ?


Bu gün, 09:17
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ?
Əslən qardaş Türkiyədən olan tələbələr Naxçıvanda onlara qarşı ikili münasibətin sərgilənməsindən gileylənirlər.

"DİA-AZ" bildirir ki, bu barədə edilən müraciətdə narazı tələbələr yerli ev dəllalarının ("makler") onlara qarşı açıq dsikriminasiya siyasəti yürütməsini söyləyir.

Qeyd edək ki, məhz əlavə problem yaşamamaları üçün anonimliyi qorunan tələbələrin müraciətində bildirilir:

"Biz kirayə ev tutarkən Türkiyədən olduğumuzu bilincə əlavə pullar - faizlər, şişirdilmiş "makler haqqı" tələb edirlər. Bu da azmış kimi, normalda 300-400 manata olan evləri bizə 600-700 manatdan aşağı təklif etmirlər".

Narazı tələbələr bildirir ki, onların bu məsələ ilə bağlı hansısa quruma müraciət etmə, şikayət ünvanlama imkanları da yoxdur: "Həm ehtiyat edirik ki, əlavə problem yaranar... həm də bununla bağlı hansı quruma güvənli şəkildə şikayət edəcəyimizi də bilmirik...

Biz axı qardaş ölkələrik... bir millət iki dövlətik..."

Geri qayıt