Əsas Səhifə > Üst manşet, Güney Press > «Kontakt Home» yenə də aldatmaqla məşğuldur
«Kontakt Home» yenə də aldatmaqla məşğuldurBu gün, 09:23 |
![]() Baki şəhəri, Xəzər rayonu, «Şımal DRES» qəsəbəsi, Komsomol küçəsində yaşayan Anar Hüseynov istehlakçı hüququnun pozulmasına görə şikayətçidir. A.Hüseynov şikayətində yazır: «Mən Hüseynov Anar Ənvər oğlu, 08.12.24-cü il tarixdə Bakının Q.Qarayev pr. 125b ünvanında yerləşən «Kontakt Home» mağazasında yeləşən «Samsung S24 Ultra telefonu»nu internetdən suya və toza davamlı olduğunu öyrənib ilkin 366 manat ödənişini etdim. Ümumi dəyəri 3037AZN-dir. Məndən həm də «Qızıl zəmanət» üçün əlavə 200 AZN ödəniş etməmi istədilər, mən də verə bilmədim. Adi zəmanət də vermədilər. Kreditlərimin hamısını tam vaxtından əvvəl ödəmişəm və bu vaxta qədər heç bir problem yaranmayıb. Ondan da əvvəl mən öz oğluma nağd ödənişlə telefon almışam. 21.02.25-ci il tarixdə telefonumu şarja qoyanda telefon şarj olunmadı. Telefonuma bildiriş gəldi ki, daxilində yad maddə var və yaxud başqa bir problem ola bilər. O səbəbdən üz tutdum «Kontakt Home» mağazasına. Tələb etdim ki, telefonu ya təmir etsinlər, ya da təzəsilə dəyişsinlər. Satıcı məni servisə yönəltdi. Orada servis işçilərinə müraciət etdim, onlar mənə dedilər ki, daha ətraflı məlumat üçün müdiriyyətə müraciət edim. Müdiriyyətə yaxınlaşdıqdan sonra telefonumda olan problemləri söylədim, onlar da dedilər ki, texniki servisə müraciət edim. Və mənə izah etdilər ki, Q.Qarayev metrostansiyasının yanında Texniki servis yerləşir. Texniki servisdə isə mənə telfonun iki həftə ərzində hazır olacağını bldirdilər. 23.02.25-ci il tarixdə servisdən xəbər etdilər ki, telefonumu gəlim götürüm. Mən servisə yaxınlaşdım, bildirdilər ki, «…telefon artıq şarj olur, müvəqqəti işləyə bilər. Telefonun xarab olan detalı bizdə olmadığı üçün dəyişə bilmədik…». Həmçinin telefonda nəmişlik olduğunu dedilər. Daha sonra mənə telefonda aşkarlanmış nəmişliyi göstərdilər. Mən də söylədim ki, telfonun içindəki sudan və tozdan qoruyan İP-68 detalı o nəmişliyi necə keçirib? Axı mən telefonu nəmişliyə, suya salmamışam! Xahiş etdim ki, mənim ödədiyim məbləği geri qaytarsınlar, ya da yeni telefon ilə təmin etsinlər. Onlar da bu işə baxa bilməycəklərini dedilər və bu məsəlini telefonu aldığım dükanla aydınlaşdırmalı olduğumu söylədilər. Mən yenidən həmin dükana yaxınlaşıb bu barədə danışdım, uzun söhbətlərdən sonra müdiriyyət mənə bir kömək edə bilməyəcəyini dedi. Mən də onlara dedim ki, pulumu qaytarın, ya da ki yeni telefon ilə təmin edin. Mənə 088-555-55-55 nömrəsini verdikdən sonra yalnızca burdan kömək ala biləcəyimi söylədilər. Mənim telefonum işlək olmadığından müdiriyyət bu nömrə ilə özü əlaqə saxladı, ordan da bildirdilər ki, heç bir köməklik edə bilməzlər. Detalın sifarişi uzun müddət çəkəcək və mən başqa telefonla təmin olunmayacağam. Vəssalam! Söylədim ki, mənə nasaz telefon lazım deyil. Qeyd etdim ki, mənə böhtan atılir, mən telfona nəm salmamışam və reklamda qeyd olunur ki, bu telefon sudan qorxmur. Beləliklə, evə döndükdən sonra telefonun super şarj funksiyası işləmədi. Sonra 088-555-55-55 nömrəsi ilə əlaqə saxladım və söylədim ki, telefonun təmiri zamanı başqa bir şeyi sıradan çıxartdılar. Onlar təklif elədilər ki, mən yenidən servisə qayıdım. Onlar mənim telefonumun yenisi ilə əvəz etmədiklərindən servisə qayıtmadım. Mənə daha sonra servisdən zəng gəldi ki, siz bizim daimi alıcımız olduğunuz üçün sizə hər bir satışda 10 faiz endirim edə bilərik, mən isə imtina edib telefonumun yenisi ilə əvəz olunmağını istədim. Mən istəyərdim ki, ödədiyim pullar geri qaytarılsın, ya da telefon yenisi ilə əvəz olunsun. Bu hadisələrə əsasən mən Hüseynov Anar Ənvər oğlu “Azad İstehlakçılar“ ictimai birliyinin sədri cənab Eyyub Hüseynovdan xahiş edirəm ki, mənim hüquqlarımın qorunmasına kömək edilsin və bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki, əhali bu şirkətin reklamlarına aldanmasın». «Təzadlar» Geri qayıt |