Sabah Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov məhkəməyə çıxarılacaq.
Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, jurnalistin işinə Səbael Rayon Məhkəməsinin hakimi Günel Səmədova baxacaq.
Qeyd edək ki, Əziz Orucovun üzərində yalnız Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb.