Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın ikinci prezidenti Robert Koçaryanın cinayət işinə baxan və sonradan vəzifəsindən kənarlaşdırılan hakim Anna Danibekyanın müraciətini alıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, AİHM müraciətə prioritet qaydada baxacaq.
Daha əvvəl Ermənistanın Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan hakimin Koçaryanın işi üzrə məhkəmə prosesini qəsdən uzatdığına görə vəzifəsindən kənarlaşdırıldığını bildirib. Keçmiş ədliyyə naziri Qriqor Minasyan isə Danibekyanı hakimin davranış qaydalarını kobud şəkildə pozmaqda ittiham edib.
Qeyd edək ki, ötən ilin sentyabrında Ermənistanda keçmiş prezident barəsində yenidən cinayət işi başladılıb. O, iş adamı Silva Ambartsumyandan 3 milyon dollar rüşvət almaqda ittiham olunurdu.