"Mən "Kontakt Home"dan "AirPods" almışam, amma cihaz düzgün işləmir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ramil Qardaşov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Servisə göndərdim, amma “problem yoxdur” deyib geri qaytardılar. Fakt olaraq, cihaz işləmir və istifadə edə bilmirəm. Müştəri kimi bu cür münasibət məni çox narazı saldı. Problemin həll olunması üçün konkret addımlar atılmasını tələb edirəm. Kontaktdan alış-veriş edən hər kəs bu cür vəziyyətlə qarşılaşa bilər, diqqətli olun...
Xahiş edirəm, bu məsələni ictimailəşdirməyə kömək edərsiz. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinədə şikayət ünvanlamışam..."