İslam Respublikası İran-Ermənistan Dostluq Qrupu İrəvanda üçgünlük səfərdədir.
“Report” xəbər verir ki, məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, qrupun sədri, erməni milliyyətinin nümayəndəsi Ara Şahverdiyan və başqa üzvləri ermənistanlı həmkarlarının dəvəti ilə İrəvandadırlar.
Məlumata görə, səfər çərçivəsində onların Ermənistan parlamenti və hökumətinin nümayəndələri ilə görüşü, əməkdaşlığa dair ikitərəfli məsələləri müzakirə edəcəyi planlaşdırılıb.