Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Naxçıvanın İqtisadiyyat Nazirliyi bildirir ki, ötən il sahibkarlara 4,2 milyon manatdan artıq güzəştli kredit verilib. Məlumata görə, bu kreditlərlə 38 layihə maliyyələşdirilib. Bunun 73 faizi sənaye sektorunun, 21 faizi aqrar sektorun, 6 faizi isə, xidmət sahələrinin inkişafına yönəldilib. "DİA-AZ" bildirir ki, bütün bunlar Naxçıvan Muxtar Respublikasının aidiyyatı qurumları tərəfindən açıqlanan rəsmi rəqəmlərdir.
Amma yerli sahibkarlar isə bildirirlər ki, bu cür kreditləri almaq üçün onlardan yüksək məbləğdə rüşvət istəyirlər deyə, pul götürməyə həvəs göstərmirlər. Onların fikrincə, güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir.
Qeyd edək ki, sosial şəbəkələrdə də bu olay geniş müzakirə olunub və rəyləri öyrənilənlər "Aranızda bu kreditlərdən yararlanan olubmu?" sualını daha mox aşağıdakı kimi cavablandırıb.
Hər halda, aydın olanı və görünəni odur ki, Naxçıvandakı hazırki rəsmilər də köhnələrin xarakterini ziddinə hansısa müsbət dəyişikliyə getmək fikrində deyillər...