Yanvarın 31-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Volqoqrad vilayətində “LUKOIL-Volqoqradneftepererabotka” neft emalı zavoduna(NEZ) hücum edib. Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sosial şəbəkədə yaydığı məlumatda deyilir. Zərbə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri, Baş Kəşfiyyat İdarəsi və Müdafiə Qüvvələrinin digər komponentləri tərəfindən birgə həyata keçirilib.
Baş Qərargah qeyd edib ki, bu NEZ layihə gücünə görə Rusiya Federasiyasının on ən böyük neft emalı zavodundan biridir və işğal ordusunun təchizatında iştirak edir.
"İşğalçılar üçün vacib olan bu zavodun ərazisində alov və partlayışlar qeydə alınıb. Yanğının dəymiş ziyanının nəticələri dəqiqləşdirilir", - məlumatda deyilir.
Həmçinin Rusiya silahlı qüvvələrinin Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək qabiliyyətinə birbaşa təsir edən strateji infrastrukturda döyüş işlərinin davam etdiriləcəyi bildirilib.
Volqoqradda neft emalı zavoduna hücum
Səhər tezdən pilotsuz təyyarələr Volqoqradda neft emalı zavodu, istilik elektrik stansiyası və neft anbarının ərazisinə hücum edib. Yerli sakinlər ərazidə yanğın olduğunu bildiriblər.
2024-cü ildə Ukrayna pilotsuz təyyarələri "LUKOIL Volgogradnaftopererabotka"-ya azı üç dəfə hücum edib.