Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 4 ədəd tenderə yekun vurub.
"DİA-AZ" xəbər verir ki, tenderlər Kəlbəcərdə layihələndirilmə xidmətinin satın alınması ilə bağlıdır. Tenderlər çərçivəsində Kəlbəcərdə 2 kənd, inzibati bina və yaşayış məhəlləsi layihələndiriləcək.
Qeyd edək ki, dövlət qurumu tenderlərin qalibləri ilə toplamda 2 295 679 manat dəyərində müqavilələr imzalayıb.