"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
 “Təəssüf ki, məktəblərdə şagirdlərin intizam problemi və müəllimlərə qarşı hörmətsizlik halları son illərdə artmaqdadır. Müəllimin telefonunun sındırılması kimi hadisələr təkcə konkret bir məktəbdə baş verən insident deyil, bütövlükdə təhsil sisteminin zəifləyən nizam-intizam mexanizmlərinin və tərbiyə sistemindəki boşluqların nəticəsidir”.
"DİA-AZ" xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
Ekspert bildirib ki, keçmişdə məktəblərdə təlim-tərbiyə işinə xüsusi diqqət yetirilirdi və şagirdlər belə davranışlara cəsarət edə bilməzdilər:
“O dövrdə məktəbdə müəllimə qarşı edilən hər hansı hörmətsizlik həm şagirdin özünə, həm də valideynlərinə qarşı ciddi tədbirlərlə nəticələnirdi. Hazırda isə məktəblərdə intizam tədbirləri və müəllim nüfuzu ilə bağlı ciddi boşluqlar var.
Məsələnin bir neçə əsas səbəbi var. Birincisi, məktəblərdə intizam qaydalarının zəifləməsi və şagirdlərə qarşı tətbiq olunan cəza tədbirlərinin praktiki olaraq yox səviyyəsinə düşməsidir. Müəllimlər artıq şagirdlərə qarşı hər hansı intizam tədbiri görəndə, dərhal valideynlər tərəfindən hədə-qorxu ilə üzləşirlər. Müəllimin irad bildirməsi belə valideynlərin etirazı ilə qarşılanır və nəticədə şagirdlər məktəbdə sərhədsiz davranış nümayiş etdirirlər. Buna səbəb məktəb rəhbərliklərinin passivliyi və nazirliyin sistematik tədbirlər görməməsidir:
“Nazirlik tərəfindən bullinq və intizamsızlıq halları ilə bağlı müxtəlif layihələr, maarifləndirmə kampaniyaları həyata keçirilsə də, bunlar real nəticə vermir. Müəllimlərə və məktəb rəhbərlərinə verilən səlahiyyətlər zəiflədilib, məktəb daxilində ciddi intizam tədbirləri görmək çətinləşib. Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırır, amma bu vəsaitin təhsil sistemində real dəyişikliyə səbəb olduğu görünmür”.
Ekspert qeyd edib ki, məsələsinin digər tərəfi isə valideynlərin məsuliyyətsizliyidir:
“Uşaq tərbiyəsi məktəbdə deyil, evdə formalaşır. Valideynlər övladlarını sərbəst buraxır, onların davranışlarına nəzarət etmirlər və nəticədə bu cür aqressiv halların qarşısı alınmır. Əvvəllər məktəb və ailə birgə çalışırdı, müəllim və valideyn arasında qarşılıqlı hörmət var idi. Hazırda isə valideynlər çox zaman müəllimi şikayət obyekti kimi görür, məktəb idarəetməsinə müdaxilə edir, müəllimlərin nüfuzunu sarsıdırlar. Bu da şagirdlərə mənfi təsir göstərir və onlar məktəbdə özlərini tam nəzarətsiz hiss edirlər.
Bu problemi həll etmək üçün konkret tədbirlər görülməlidir. İlk növbədə, məktəblərdə intizam qaydaları sərtləşdirilməli, şagirdlərə və valideynlərə məsuliyyət hissi aşılanmalıdır. Müəllimlərin hüquqları qorunmalı, şagirdlərin intizamsız davranışları qarşısında məktəb rəhbərlərinə konkret səlahiyyətlər verilməlidir. Nazirlik yalnız maarifləndirmə kampaniyaları keçirməklə kifayətlənməməli, real tədbirlər görməlidir. Müəllimlərə qarşı zorakılıq edən, məktəbdə intizamsızlıq yaradan şagirdlər üçün ciddi inzibati tədbirlər nəzərdə tutulmalıdır.
Əgər bu vəziyyətə müdaxilə olunmazsa, gələcək illərdə müəllim peşəsinin nüfuzu daha da aşağı düşəcək, məktəblərdə nizam-intizam tamamilə yox olacaq və təhsil sistemi tamamilə öz nəzarətini itirəcək. Bu gün məktəblərdə intizamı bərpa etmək üçün konkret addımlar atılmasa, sabah cəmiyyətimiz daha böyük problemlərlə üzləşəcək. Təhsil təkcə bilik vermək deyil, həm də tərbiyədir. Əgər tərbiyə yoxdursa, bilik də mənasız olur!”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Bu gün, 19:00 |
|
|
|
• “Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 18:58 |
|
|
|
• Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Bu gün, 18:07 |
|
|
|
• "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Bu gün, 18:02 |
|
|
|
• Fazil Qasımova 10 il həbs cəzası istənilib
Bu gün, 17:53 |
|
|
|
• Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Bu gün, 17:49 |
|
|
|
• QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Bu gün, 17:47 |
|
|
|
• Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Bu gün, 17:38 |
|
|
|
• Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Bu gün, 17:32 |
|
|
|
• Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28 |
|
|
|
• Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24 |
|
|
|
• “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07 |
|
|
|
• “Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58 |
|
|
|
• "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56 |
|
|
|
• Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52 |
|
|
|
• Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49 |
|
|
|
• Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43 |
|
|
|
• İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40 |
|
|
|
• Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49 |
|
|
|
• Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45 |
|
|
|
• TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39 |
|
|
|
• Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35 |
|
|
|
• Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29 |
|
|
|
• Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26 |
|
|
|
• Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17 |
|
|
|
• Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12 |
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14 |
|
|
|
• Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10 |
|
|
|
• Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05 |
|
|
|
• Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04 |
|
|
|
• Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02 |
|
|
|
• 42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59 |
|
|
|
• Matvienko Bakıya gələcək
Bu gün, 12:58 |
|
|
|
• 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47 |
|
|
|
• Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33 |
|
|
|
• “Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30 |
|
|
|
• Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05 |
|
|
|
• Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45 |
|
|
|
• Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42 |
|
|
|
• Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
• 24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37 |
|
|
|
|