“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor müavini Əzizə Abdıyevaya qarşı dələduzluq hərəkətlərinin detalları məlum olub. Bu dələduzluq işində bir çox vəzifəli şəxslərin adları çəkilib. "DİA-AZ" Musavat.com-a istinadən xəbər verir ki, Ə. Abdıyevaya qarşı dələduzluq edənlər onun həm saxta diplomunu təsdiqlədəcəklərini, həm də çalışdığı məktəbə direktor təyin etdirəcəklərini vəd ediblər. 2004-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavr təhsili alan Ə.Abdıyeva ifadəsində hadisənin təfərrüatını danışıb. Bildirib ki, atası Elbəyi Abdıyevin mənzilində təmir briqadasının rəhbəri olmuş Elsevər Usubov onun 10 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyindən xəbərdar olduğu üçün ona direktor imtahanından keçməyi təklif edib. Qeyd edək ki, bu söhbətlər gedən ərəfədə Ə.Abdıyevanın diplomunun saxta olduğu məlum deyilmiş. Direktor olmaq istəyən Ə.Abdıyeva diplomunun saxta olduğundan xəbər tutub. Bu haqda sosial şəbəkələrdə də məlumat yayılıb. Ə.Abıyeva ifadəsində başına gələnləri belə danışıb: “Əvvəlcə Elsevər Usubov Hicran adlı tanışının diplomu yoxlatdırdığını, diplomun Təhsil Nazirliyinin portalından çıxarıldığını dedi. Diplomun portala daxil edilməsi və həqiqiliyinin tanınması üçün əvvəlcə 15 min manat pul istədi. Elsevər həmin pulu diplomun əsli ilə birlikdə Höküməyə, Hökümənin isə Hicrana, Hicranın da Təhsil Nazirliyində məsul vəzifələrdə işləyən tanışlarına verəcəyini bildirdi. Elsevər bir müddət sonra əlavə 28 min manat pul istədi”. İşin həlli ilə bağlı Ə.Abdıyevanı Anar Axundov adlı şəxslə də görüşdürüblər. O, Anar Axundov adlı şəxslə Təhsil Nazirliyinin qarşısında görüşüb. Anar Axundov ona imtahanda iştirak etmək üçün toplamalı olduğu sənədlərin siyahısını təqdim edib. Həmçinin imtahana hazırlaşmağı da məsləhət görüb. Sonra Ə.Abdıyevaya imtahan sualları da verilib ki, hazırlaşsın. “Hicranın təşəbbüsü ilə Anar və Qismət adlı şəxslə Sumqayıt Regional Təhsil İdarəsinin binasında da görüşmüşük. Orada məlum oldu ki, diplom təsdiqlənməyib. Hicrandan soruşanda həll etməyə çalışdıqlarını dedi. Məni Faiq adlı şəxslə də görüşdürdülər. Faiqin Təhsil Nazirliyində regional təhsil idarələrinə nəzarət edən şöbənin rəisi Arzu Səlimovun köməkçisi kimi təqdim etdilər. Faiq müəyyən sənədləri hazırlamaqla bağlı siyahı verdi. Mənə imtahanın vaxtı və yeri barədə məlumat verdilər. Hətta sualları verəcəklərini dedilər. Bir neçə gün sonra Anar mənimlə görüşüb test imtahan suallarını təqdim etdi. Sualları Qismətin əldə etdiyini söylədi”,- deyə Ə.Abıyeva fikirlərinə əlavə edib. İmtahan vaxtı çatanda isə ona hələ sənədlərin hazır olmadığını bildiriblər: “Sonra mənə dedilər ki, işi “möhtərəm müəllim” nəzarətə götürüb. Amma kim olduğunu bilmirdim. Hicran və Elsevərlə birlikdə Sumqayıt Regional Təhsil İdarəsinə getdik. Orada Aydınla birlikdə Sumqayıt Regional Təhsil İdarəsinin rəisi İlhamə xanımın qəbuluna girdik. İlhamə xanım bildirdi ki, diplomun təsdiq olunması üçün məhkəməyə müraciət etmək lazımdır”. O, 98 min manatdan 43 min manatını diplomun təsdiqi, 55 min manatı isə direktor vəzifəsinə təyin olunmaq üçün verdiyini söyləyib. Ə.Abdıyeva ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Hicranın əvvəlcə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova olduğunu düşünüb. Çünki Elsevər Usubov Hicranı o cür təqdim edibmiş: “Hicranı şəxsən gördüm. Elsevər həmin xanımın Hicran Hüseynova olmadığını və səhv başa düşdüyünü bildirdi”. Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Ə.Abdıyevadan aldıqları diplomu sonradan ona yeni diplom kimi də qaytarıblar. Bununla da yenidən vaxt qazanıblar. Ona imtahana buraxılış vərəqəsi də verilib. Lakin buraxılış vərəqəsində onun adı yazılsa da, başqa bir şəxs tərəfindən imzalanıb. Ə.Abdıyeva başa düşüb ki, ona verilən buraxılış vərəqəsi saxtadır. 2021-ci ildə tutduğu vəzifədən azad edilən Ə.Abdıyeva qeyd edib ki, 98 min manatdan cəmi 27 min manatını geri ala bilib. Qeyd edək ki, istintaq müddətində Elsevər Usubov vəfat edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Onun missiyası Gürcüstanda xaos yaratmaqdır” - ŞƏRH
Bu gün, 19:31 |
|
|
|
• Bu nazirlikdə əməliyyat keçirilir: saxlanılanlar var - TƏFƏRRÜAT
Bu gün, 19:25 |
|
|
|
• "Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02 |
|
|
|
• Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58 |
|
|
|
• Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24 |
|
|
|
• ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21 |
|
|
|
• Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16 |
|
|
|
• Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14 |
|
|
|
• Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55 |
|
|
|
• Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51 |
|
|
|
• 4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• “Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45 |
|
|
|
• “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38 |
|
|
|
• Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35 |
|
|
|
• Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26 |
|
|
|
• Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19 |
|
|
|
• Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14 |
|
|
|
• Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11 |
|
|
|
• Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04 |
|
|
|
• Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59 |
|
|
|
• Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58 |
|
|
|
• Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57 |
|
|
|
• Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47 |
|
|
|
• “Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39 |
|
|
|
• Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34 |
|
|
|
• Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28 |
|
|
|
• Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25 |
|
|
|
• Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21 |
|
|
|
• "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19 |
|
|
|
• Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14 |
|
|
|
• Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00 |
|
|
|
• Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57 |
|
|
|
• Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55 |
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30 |
|
|
|
• Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21 |
|
|
|
• Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18 |
|
|
|
• AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16 |
|
|
|
• “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10 |
|
|
|
• ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09 |
|
|
|
• Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04 |
|
|
|
• “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01 |
|
|
|
|