“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? .....                     Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı .....                     Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: .....                     Bakıda yumurtanın qiyməti artıb? .....                     Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA .....                     “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” .....                     "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" .....                     "Düzgün qərar kimi dəyərləndirmək olar" .....                     Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək .....                     Nazirlik bu işə görə Harvard Universitetinə .....                     Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib .....                     Təyyarə yerə 100 metr qalmış… .....                     Belarus Prezidenti 20 nəfəri əfv edib .....                     Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? .....                     Paşinyan-Lukaşenko “savaşı” dərinləşir .....                     Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı .....                     Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ .....                     “Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” .....                     Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək .....                     İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil .....                     "Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." .....                     Həlak olan pilot millimizin üzvünün atası imiş .....                     Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı .....                     BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? .....                     “Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq .....                     İşğalçının qarşısında geri addım? .....                     Robert Köçəryan tərəfdarlarını topladı .....                     Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər .....                     Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... .....                     “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir .....                     Proses pozulur: Ermənistan bundan imtina etdi .....                     Moskvadan Bakı və İrəvana “sürpriz” təklif .....                     326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! .....                     Kazan hava limanı fəaliyyətini dayandırıb .....                     Azərbaycanın sülh şərti yerinə yetirilir .....                     Paşinyan Lukaşenkoya ictimai sillə vurdu .....                     Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir .....                     Paşinyanın “xəstə” siyasəti .....                     `166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... .....                     Bura məktəbdir, `Biznes Center` deyil axı... .....                 

Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Tarix: Dünən, 15:38 | Çap et
Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır
Məktəblərdə bu və ya digər səbəblərdən şagirdlərin kütləvi zəhərlənmə halları baş verir. Hadisələrə əsasən, ya məktəb daxilində, ya da yaxınlıqda satılan qidaları yemək səbəb olur.

Məktəb bufetindəki yararsız qidalar, yaxın ərazilərdə yerləşən dönərxanalar, “peraşki” satanlar və s. Təbii ki, uşaqlar acır və iyi ətrafa yayılan yeməklərdən kənarda qala bilmir. Çünki məktəblərin lap yaxınlığnda hər cür qidalar satılır.

Mütəxəssislər, həkimlər hesab edir ki, uşaqların sağlam qidalanması ilk yerdə dayanır. Çünki sağlam qidalanmayan uşaqlar dərslərinə də yaxşı diqqət ayıra bilmir. Elə bu səbəbdəndir ki, dünyanın inkişaf etmiş ölkələri uşaqların məktəbdə sağlam qidalarla qidalanmasına ciddi əhəmiyyət verir. Bəzi ölkələr yeməyi ya pulsuz, ya da simvolik məbləğ qarşılığında verir.

Bəs ölkəmizdə məktəblərdə uşaqların sağlam qidalanma problemini necə həll edə bilərik?

Bunun üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov bildirib ki, məktəblərdə şagirdlərin qidalanması ilə bağlı məsələlər yalnız yerli səviyyədə deyil, qlobal miqyasda müzakirə edilən mövzulardandır: “Qidalanma təhlükəsizliyi və sağlamlıq məsələləri birbaşa uşaqların fiziki və əqli inkişafına təsir edir. Məktəb mühitində sağlam qidalanmanın təmin edilməsi üçün qanunvericilik, nəzarət mexanizmləri və maarifləndirmə tədbirləri çox vacibdir.

Azərbaycan Respublikasının “Yoluxucu xəstəliklər haqqında” Qanunu və “Qida təhlükəsizliyi haqqında” Qanunu məktəb yeməkxanalarında və ya məktəb daxilində satılan qidaların təhlükəsizliyini təmin etmək üçün zəruri tələblər irəli sürür. Lakin bu qanunların icrası və monitorinqi kifayət qədər təsirli həyata keçirilmədiyi üçün məktəblərdə tez-tez keyfiyyətsiz qidaların satışı müşahidə edilir. “Təhsil haqqında” Qanunda məktəblərdə sağlam və təhlükəsiz mühitin təmin olunması qeyd edilsə də, praktikada bu sahədə ciddi çatışmazlıqlar var”.

K. Əsədov problemlə bağlı statistik məlumatlara da toxunub: “Son illərdə məktəblərdə qida ilə bağlı problemlər artmaqda davam edir. 2023-cü ildə Azərbaycan üzrə 14 məktəbdə 120-dən çox şagirdin kütləvi qida zəhərlənməsi halları qeydə alınıb. Bu hallar adətən, məktəblərdə satılan keyfiyyətsiz şirniyyatlar, qazlı içkilər və ətrafdakı dönərxanalardan alınan məhsullarla əlaqələndirilir. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına əsasən, məktəblərdə qeyri-sağlam qidalanma uşaqlarda piylənmə hallarını artırır. Qlobal statistikaya görə, 5-19 yaş arası uşaqların 18 faizi artıq çəkidən əziyyət çəkir”.

Ekspert bildirib ki, inkişaf etmiş ölkələr məktəblərdə sağlam qidalanma siyasətinə xüsusi önəm verir: “Məsələn, Finlandiyada məktəblərdə yalnız yüksək keyfiyyətli, yerli və ekoloji təmiz məhsulların istifadəsinə icazə verilir. Məktəb yeməkxanalarında uşaqlara pulsuz sağlam nahar təqdim olunur və qazlı içkilər, yüksək şəkər tərkibli məhsullar tamamilə qadağan edilir. Yaponiya məktəblərində isə qidalanma dərsləri məcburi olaraq keçirilir və uşaqlara balanslaşdırılmış qidalanma vərdişləri aşılanır. Bu yanaşmalar uşaqların həm fiziki sağlamlığını qorumağa, həm də onların qida seçiminə dair biliklərini artırmağa xidmət edir”.

Məktəbin girişində dönərxanalar...

Kamran Əsədov bildirib ki, məktəblərin qarşısında dönərxanaların və “fast-food” obyektlərinin açılması ilə bağlı məsələlər yalnız qida təhlükəsizliyi ilə deyil, həm də uşaqların sosial davranışları ilə əlaqədardır: “Uşaqlar məktəbdən kənarda daha az nəzarət altında olduqları üçün asanlıqla keyfiyyətsiz və zərərli qidalara yönəlirlər. Bu səbəbdən məktəbətrafı zonalarda belə obyektlərin fəaliyyəti qanunla tənzimlənməlidir. Misal üçün, İngiltərədə məktəblərin 200 metr radiusunda “fast-food” obyektlərinin açılması qadağan olunub.

Ev şəraitində hazırlanan sağlam qidaların məktəblərdə qadağan edilməsi isə ziddiyyət yaradır. Məktəblərdə evdə hazırlanan süd və un məhsullarının satışına qadağa qoyulsa da, şirniyyatlar və qazlı içkilərin sərbəst satışı daha təhlükəli nəticələrə gətirib çıxarır. Bu yanaşma həm qanunvericilikdə boşluqları, həm də praktikada nəzarətin düzgün təşkil edilmədiyini göstərir.

Fəsadlar yalnız sağlamlıq problemləri ilə məhdudlaşmır. Məktəblərdə baş verən zəhərlənmə hallarının geniş ictimaiyyət arasında yayılması məktəb rəhbərliyinə və təhsil sisteminə olan ictimai etimadı sarsıdır. Bu da təhsil müəssisələrinin idarə olunması ilə bağlı əlavə problemlər yaradır. Uşaqlar arasında qeyri-sağlam qidalanma sosial və psixoloji təsirlərə də səbəb olur, diqqət dağınıqlığı və zəif akademik göstəricilər kimi nəticələrə yol açır”.

Mütəxəssis bildirib ki, problemin həlli istiqamətində məktəblərdə qida təhlükəsizliyi siyasətinin daha sərt tətbiqi, maarifləndirmə işlərinin genişləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir: “Məktəblərdə satılan qidaların keyfiyyətinə dair sertifikatlaşdırma mexanizmləri yaradılmalı və mütəmadi olaraq yoxlamalar aparılmalıdır. Uşaqlara sağlam qidalanma vərdişləri aşılanmalı, bu məqsədlə məktəb proqramlarına xüsusi dərslər əlavə edilməlidir. Məktəblərin yaxınlığında fəaliyyət göstərən dönərxana və fast food obyektlərinin fəaliyyətinə icazə yalnız qida təhlükəsizliyi standartlarına uyğun olduqları halda verilməlidir.

Dövlət və yerli icra hakimiyyəti orqanlarının bu məsələni diqqətdə saxlaması, sağlam qidalanma ilə bağlı milli strategiyanın hazırlanması və icrası mütləqdir. Təhsil müəssisələri yalnız biliklərin verildiyi məkan deyil, həm də sağlam həyat tərzinin təbliğ edildiyi və tətbiq edildiyi yerlər olmalıdır. Bu istiqamətdə atılacaq addımlar uşaqların fiziki və əqli inkişafını təmin edərək sağlam cəmiyyətin formalaşmasına xidmət edəcək”.

Mövzu ilə bağlı uşaq endokrinoloqu Nabat Ağayeva TNS-ə qidanın uşaqlar üçün ən önəmli həzz nöqtələrindən biri olduğunu bildirib: “Məktəb yaxınlığında qida köşklərinin qoyulması yolverilməzdir. Köşklərdə, market və mağazalarda daha çox işlənmiş qidalar satılır. Məsələn, buğda məhsulu dəfələrə işlənir, müxtəlif dad və əlavələr qatılır, peçenye formasına salınır. Qazlı içkilər, qutularda olan vafli və s. qidalar da eynilə işlənmiş qidalardır. Bu məsələdə böyük problemlərdən biri də odur ki, valideynlər uşağa ev qidası qoya bilmir. Çünki uşaq bu qidanı məktəbə aparmağa utanır. Bu da özünü ətrafda yalnız hissi etməsindən yaranır. Ona görə bütün valideynlər birlikdə bu qaydaya əməl etməlidirlər. Bu işdə sinif rəhbərinin, müəllimin də üzərinə məsuliyyət düşür. Müəllim sinfə işlənmiş qidanın gətirilməsinə qadağa qoymalıdır. O halda, heç bir uşaq gətirdiyi ev yeməyindən utanmayacaq. Bir neçə məktəbdə bu nümunə var və nəticəni görmüşük. Belə olarsa, uşaq həm sağlam böyüyəyəcək, həm də valideynin xərci azalacaq. Məktəb direktorlarının da məsuliyyəti olmalıdır. Biz mütəmadi olaraq məktəb bufetlərinə nəzarət edirik və rastlaşdığmız hal çox acınacaqlıdır. Bol şəkildə işlənmiş cips, saqqız, şokolad kimi qidalar var. Uşaqların bu qidalara əlçatanlığı təmin olunur. Bu, yolverilməzdir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Bu gün, 12:05
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Bu gün, 12:03
Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Bu gün, 12:01
Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Bu gün, 11:59
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Bu gün, 11:57
“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Bu gün, 11:56
"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:41
"Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Bu gün, 11:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Bu gün, 11:38
Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Bu gün, 11:32
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Bu gün, 11:29
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Bu gün, 11:27
Belarus Prezidenti 20 nəfəri əfv edib
Bu gün, 11:24
Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Bu gün, 11:21
Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Bu gün, 11:18
Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Bu gün, 11:15
Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Bu gün, 11:02
“Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Bu gün, 10:56
İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Bu gün, 10:54
"Azərbaycanda pensiya sistemi yoxdur, lotoreya-qumar sistemi var..." - Tanınmış ekspertdən ilginc açıqlamalar
Bu gün, 10:52
Həlak olan pilot millimizin üzvünün atası imiş - FOTO
Bu gün, 10:44
Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı - VİDEO
Bu gün, 10:42
BAKI RUSİYAYA NOTA VERMƏKDƏ YUBANIRMI? - Əgər sükut davam edərsə...
Bu gün, 10:36
“Pomidor məhbusları” məsələsi yaxın həftələrdə həll olunacaq - Natiq Cəfərli
Bu gün, 10:31
İşğalçının qarşısında geri addım? - NƏ BAŞ VERİR?
Bu gün, 10:28
Robert Köçəryan tərəfdarlarını topladı - KİV
Bu gün, 10:17
Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər - Fransa portalı
Bu gün, 10:12
Şəfəq qəsəbəsinə günəş nə zaman doğacaq... - Burada 8 mindən çox insan yaşayır...
Bu gün, 10:02
“Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT!
Bu gün, 09:52
Proses pozulur: Ermənistan bundan imtina etdi - GƏLİŞMƏ
Bu gün, 09:48
Moskvadan Bakı və İrəvana “sürpriz” təklif - NƏ BAŞ VERİR?
Bu gün, 09:46
326 milyonluq qaçaqmalçılıq edənlər nə üçün məhkəmənin qapalı keçirilməsini istəyib?! - TƏFƏRRÜAT
Bu gün, 09:45
Kazan hava limanı fəaliyyətini dayandırıb - KİV
Bu gün, 09:41
Azərbaycanın sülh şərti yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 09:40
Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Bu gün, 09:38
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Bu gün, 09:37
Paşinyanın “xəstə” siyasəti - ŞƏRH
Bu gün, 09:35
`166 Cargo`nun ÇATDIRILMA ŞOUSU... - GİLEY
Bu gün, 09:32
Bura məktəbdir, `Biznes Center` deyil axı... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:27
Qaz limiti ilə BAĞLI ÇAĞIRIŞ: Ləğv edilir? - AKTUAL
Bu gün, 09:22
Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTO
Bu gün, 09:19
Bayram günlərində işə çağırılan və işləyən işçiləri bir sual maraqlandırır... - Ekspert danışır...
Bu gün, 09:12
Niyə Çeçenistan yox, məhz Rusiya üzr istəməlidir? - Əsaslandırma...
Bu gün, 09:08
Türkiyə YENƏ DƏ VAR VƏ VAR OLACAQ... - Bakıya Ankara qardaşlığı...
Bu gün, 09:07
AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqlayıb - DİQQƏT
Bu gün, 08:58
Regionda fırtınaqabağı səssizlik – Böyük müharibə başlayacaqmı?
Bu gün, 06:21
Kreml Kursk qaçqınlarını cəzalandırır: “Səsiniz çıxmasın!” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 04:26
Məşhur tiktoker yenidən həbs edildi - Bu maddələrlə...
Bu gün, 04:21
"Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
Bu gün, 04:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru