ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM .....                     Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? .....                     Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR .....                     Əmlak xidməti qanunları necə çeynəyir .....                     “Nar”ın dəstəyi ilə debat forum keçirildi .....                     Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? .....                     Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi .....                     "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..." .....                     Keşiş Baqrat "səhvlərini" etiraf edib .....                     Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar .....                     Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı .....                     “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib .....                     Putinin üzrxahlığının PƏRDƏARXASI: .....                     "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir .....                     “Burada gecələyəcəyəm” .....                     Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib .....                     4 fenomen saxlanıldı, 3-ü isə axtarılır .....                     “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” .....                     Bakı "qara qutu"nu necə açdı: .....                     "Heç bir güzəştdən söhbət gedə bilməz" .....                     Daha 24 cənazə Azərbaycana gətirilir .....                     Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi .....                     Azərbaycanda polis generalı təqaüdə göndərilib .....                     Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib .....                     Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub .....                     AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb .....                     Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib .....                     Zelenski İlham Əliyevə zəng edib .....                     Təzyiqlərin heç bir nəticəsi olmayacaq .....                     Paşinyan niyə keçmişə qayıdır? .....                     “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? .....                     Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı .....                     Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: .....                     Bakıda yumurtanın qiyməti artıb? .....                     Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA .....                     “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” .....                     "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" .....                     "Düzgün qərar kimi dəyərləndirmək olar" .....                     Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək .....                     Nazirlik bu işə görə Harvard Universitetinə .....                 

Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir - SENSASİON DETALLAR AÇIQLANDI
Tarix: Dünən, 09:37 | Çap et
Müttəfiqlik üçün KRİTİK SINAQ: Moskva izi itirmək istəyir
Dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarə ilə bağlı istintaq komissiyası ilkin nəticələri hələ açıqlamasa da, qəzanın gerçək səbəbinə şübhə yeri qalmayıb. Çoxsaylı və təkzibolunmaz dəlillər, müxtəlif təşkilatların yaydıqları açıqlamalar, faktlar sərnişin təyyarəsinin Rusiya HHM qüvvələrinin vurduğunu təsdiqləyir. Səhvən, yoxsa bilərəkdən, bu, artıq başqa sualdır.

Qalır indi Rusiya tərəfindən gerçəyin açıq etirafı və üzrxahlığı. Təzminat və günahkarların cəzalandırılması da öz yerində. Əgər Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddursa (Ən azından 22 fevral 2022-ci il Moskva Bəyannaməsi bunu diktə edir), o zaman məntiqlə iki ölkə arasında bütün məsələlər şəffaf və açıq olmalıdır.

Yada salaq ki, illər öncə Suriyada Türkiyə səhvən Rusiyaya məxsus təyyarəni vurmuşdu. Özü də bu mülki yox, hərbi təyyarə idi. Lakin döyüş şəraitində vurulmasına baxmayaraq, qardaş ölkə buna görə Rusiyaya üzrxahlıq etmişdi.

Yaxud 44 günlük müharibə zamanı Rusiyaya məxsus olan, əvvəlcədən xəbərdarlıq etmədən döyüş zonasına girən və Azərbaycanın mövqelərinə yaxınlaşarkən vurulan hərbi helikopter. Bu əslində təxribatçı bir uçuş idi. Amma buna rəğmən, Azərbaycan Rusiyaya üzrxahlıq etdi, cinayət içi açıldı, kompensasiyalar verildi və s.

İndi isə söhbət mülki təyyarədən və onlarla günahsız insanın ölümündən gedir. Rusiya bu faktları görməzdən gələ bilməz. Ən düzgün seçim səmimi etiraf və üzrxahlıqdır. Məsələnin tək həlli yolu yalnız budur.

Bəs Rusiya özündə güc tapıb buna gedəcəkmi? Bu məsələdə Rusiya tərəfdən ilk reaksiya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan gəldi. O bildirib ki, İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək. Peskov Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb. Peskov Kremlin Bakının Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatlarını gördüyünü, lakin qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmədiyini açıqlayıb.

“Əlbəttə, bunu görmüşük. Amma bir daha təkrar edirəm, dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik informasiya ancaq onlardan gələ bilər”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Azərbaycan araşdırmaların dərinləşdirilməsi üçün Türkiyədən ekspert qrupu cəlb edib. Məlumata görə, artıq türkiyəli mülki aviasiya ekspertlərindən ibarət nümayəndə heyəti qəza yerinə gedib.Türkiyəli mütəxəssislər araşdırmalarının nəticəsini Azərbaycan rəsmiləri ilə bölüşəcək.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında deyib ki, faktlar təsdiqini tapana qədər məsələlər ehtimallar üzərində qurulur: “Görünən odur ki, təyyarəmiz vurulub. Onun təxribatçılar, Rusiya Hərbi Hava Qüvvələri, yaxud da Azərbaycanın Rusiya ilə arasını vurmağa çalışan qüvvələr tərəfindən vurulduğu bilinmir. Ona görə də Peskov kimi rəsmi şəxslərin bu cür çıxışları protokol qaydalarına uyğundur. Bu o demək deyil ki, təyyarənin Rusiya ərazisində vurulmasına görə bu ölkə Azərbaycandan üzr istəməyəcək və beynəlxalq qaydalara uyğun olaraq kompensasiya ödənilməyəcək. Bu birmənalıdır, olacaq, üzr istəyəcəklər və beynəlxalq aviasiya qanunlarına uyğun olaraq kompensasiya ödəyəcəklər. Hələlik rəsmi qurumların açıqlaması olmadığına görə, Peskovun bu cür danışmasını Rusiyanın gələcəkdə də bu hadisəyə görə bir üzr istəməsi, kompensasiya ödəməsi məsələsini kənara qoyacaq.

Birmənalı olaraq təyyarəmiz Rusiya tərəfindən hansısa silahla vurulub. Lakin onun qəsdən və ya səhvən edildiyi hələ bilinmir. Amma bütün hallarda mülkü aviasiya qanunlarına uyğun olaraq, ölkəsinin ərazisində digər dövlətin mülkü aviasiyasının uçan obyektləri varsa, onun təhlükəsizliyinə zəmanət verilməli və ekstremal situasiyalarda onun normal enişinə şərait yaradılmalıdır. Amma bunları biz Rusiya tərəfindən görmədik. Çünki pilotlar müəyyən yerlərə eniş istəyib, lakin icazə verilməyib və Aktauya yönləndirilib. Bəlkə də bunun arxasında qəzanın Xəzər dənizində baş verməsi və izlərin itirilməsi durur. Bunların hamısı istintaqın işidir.

Vladimir Putinə bu məsələ ilə bağlı rəsmi arayış təqdim edənə qədər o gözləyəcək və hansısa bir şərh verməyəcək".

Politoloq Elxan Şahinoğlu bildirir ki, rəsmi Moskva bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər: “Məsuliyyətdən yayınmağa çalışacaqlar, məhz buna görə Kremlə bağlı informasiya mərkəzləri təyyarənin qəzaya uğradığı ilk saatlarda iki ”xəbər" yaydılar - “təyyarə quş sürüsü ilə toqquşub” və “təyyarəyə Ukrayna dronları dəyib”. Bu xəbərləri yayan mərkəzlər diqqəti Rusiyadan yayındırmağa çalışırdılar. Ancaq Moskva təyyarədə mərmi izlərinə aydınlıq gətirmək məcburiyyətindədir. O da aydınlıq gətirməlidirlər ki, təyyarənin Qroznı ilə yanaşı yaxınlıqdakı Mahaçqaladakı hava limanına enişinə niyə icazə verilməyib? Təyyarə niyə Xəzərin o biri sahilinə uçmaq məcburiyyətində qalıb? 2015-ci ildə Rusiyaya bağlı Donbass separatçıları Niderlanddan Malayziyaya uçan sərnişin təyyarəsini raketlə vurdular. Moskva bugünə qədər məsuliyyətin Rusiya və separatçılar üzərində olduğunu etiraf etməyib. Halbuki, separatçıların mülki təyyarəni Rusiyaya məxsus “Buk” tipli raketlə vurduğu illər öncə sübut olunub. Görünür, Moskvada düşünürlər ki, Bakı-Qroznı təyyarəsinin raketlə vurduğunu etiraf etsələr, bu 2015-ci ildəki qəzanın da Rusiya raketi ilə vurulduğunun etirafı olacaq.

Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzasına nəyin səbəb olduğunu ilk dəqiqələrdə bilməmiş deyildi. Böyük ehtimallab Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi. Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil. Güllə izləri var, izi azdıra bilməzlər. Ümid edirdilər ki, təyyarə Xəzər dənizində batar, amma batmadı. Deyə bilməzlər ki, səhvən vurulub. Səhvən vurulubsa niyə imkan verməyiblər ki, Mahaçqala və Mineralnıye Vodıda təyyarə ensin.

İran 2020-ci ilin yanvarında Ukraynaya məxsus mülki təyyarəni raketlə vurduqda olayı “təbii fəlakət” kimi qiymətləndirmişdi. Ancaq Tehran buna kimisə inandırmayacağını anladıqdan sonra Ukraynaya məxsus sərnişin təyyarəsini “bilmədən” vurduğunu bəyan etmək məcburiyyətində qaldı. İranın keçmiş Prezidenti Həsən Ruhani “raketlər insan səhvi nəticəsində atılıb” deyə açıqlama verdi. Bu halda Moskva da Tehran kimi bir müddət təyyarənin vurulduğunu inkar etməyə çalışa bilər. Lakin sonunda etiraf edəcəklər, sadəcə vaxt udmağa çalışırlar.

Ola bilsin ki, etiraf da etməsinlər, “quş sürüsü” kimi nağılları danışmağa başlasınlar. Bu Rusiya-Azərbaycan münasibətlərinə ciddi təsir göstərəcək".

Ancaq hələlik görünən budur ki, Rusiya təyyarə qəzasına görə məsuliyyəti üzərindən atmağa çalışır.

“Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası ”Kovyor" planının həyata keçirilməsinə başlamışdı".

Musavat.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov məlumat yayıb.

“Kovyor” planı - bütün uçuş aparatları üçün qapalı səma rejimi və havada olan bütün təyyarə və ya helikopterlərin dərhal yerə enməsi və ya müəyyən zonadan çıxarılması əmridir. Bu plan müxtəlif səbəblərdən tətbiq edilə bilər: məsələn, uçuşlar üçün təhlükə yaradan qəfil hava şəraiti dəyişiklikləri zamanı və s.

Ekspertlər hesab edirlər ki, bu kimi açıqlamalarla Rusiya günahı öz üzərindən atmağa çalışır.

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26
Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21
Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18
Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11
“Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02
Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59
Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57
"Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55
Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53
Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50
Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47
“Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04
Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02
"Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59
“Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58
Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17
“Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13
Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08
"Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04
Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57
Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53
Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50
Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00
Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58
Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57
Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54
Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02
Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05
Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03
Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01
Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57
“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56
"Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41
"Düzgün qərar kimi dəyərləndirmək olar" - AÇIQLAMA
Dünən, 11:39
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasını yarım milyondan çox vergi borcu olan şirkət tikəcək - 25.7 milyon xərclənəcək
Dünən, 11:38
Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək
Dünən, 11:32
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib - DETALLAR
Dünən, 11:29
Təyyarə yerə 100 metr qalmış… – Bu detallar ilk dəfə açıldı
Dünən, 11:27
Belarus Prezidenti 20 nəfəri əfv edib
Dünən, 11:24
Şok cinayət: 299 şirkətə rəhbərlik edən musiqiçi kimlərlə əlbir olub? - TƏFƏRRÜAT
Dünən, 11:21
Paşinyan-Lukaşenko “savaşı” dərinləşir - “Sputnik Ermənistan”
Dünən, 11:18
Azərbaycanda tibbi avadanlıq şirkəti “maya”sını milyonlarla manat artırdı
Dünən, 11:15
Rusiyada terror planlaşdıran islamçılar GÜLLƏLƏNDİ - VİDEO
Dünən, 11:02
“Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:57
Saxta bayram endirimlərinə aldanmamaq üçün nə edək - ekspertlərdən çağırış
Dünən, 10:56
İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil
Dünən, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru