Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR .....                     “Capital City” MTK ÖZBAŞINA QALIB... .....                     Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... .....                     İran Rusiyanı İsrailə dəstəkdə .....                     Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib .....                     Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? .....                     Simonyanın əri kliniki ölüm keçirdi, .....                     Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi .....                     Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... .....                     Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... .....                     Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı .....                     Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ .....                     20 ildən çoxdur icra başçısı işləyən məmurlar .....                     "Bunların mənim 25 manatıma ehtiyacları var?" .....                     İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı .....                     Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... .....                     MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? .....                     Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur .....                     Paşinyan ölkəsində faşizmi məhv etməsə... .....                     Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir .....                     Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər .....                     Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər .....                     Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? .....                     Türkiyə və İsrail SAVAŞACAQMI? .....                     "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" .....                     Gürcüstanda dövlət bayraqları yarıya endirilib .....                     Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar .....                     Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” .....                     Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı .....                     İrəvandan Bakıya “yeni il mesajı” .....                     Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? .....                     "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" .....                     'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? .....                     Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? .....                     Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... .....                     Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür .....                     "Ali təhsilli qızıma xadimə işi təklif olunur" .....                     Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... .....                     “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” .....                 

UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Tarix: Dünən, 19:49 | Çap et
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları
BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyində UNDP-nin Audit və Tədqiqat Ofisi tərəfindən aparılmış audit yoxlaması ciddi qanun və maliyyə pozuntuları aşkara çıxarıb.

“DİA-AZ” APA-ya istinadən xəbər verir ki, UNDP-nin Audit və Tədqiqat Ofisi Nümayəndəliyin həm UNDP-nin qrantlarla bağlı şəffaflıq prinsiplərini, həm də Azərbaycan qanunvericiliyini kobud şəkildə pozduğunu aşkarlayıb. Sənəd BMT-nin şəffaflıqla bağlı öhdəliklərindən irəli gələrək UNDP-nin saytına da yerləşdirilib.

23 QHT-yə qeydiyyatsız 754 570 dollar qrant

Audit yoxlamasından məlum olur ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə ölkədə 23 qeyri-hökumət təşkilatına (QHT) 29 layihə üzrə 754 570 dollar qrantlar verib. Azərbaycan Nümayəndəliyi qrant vəsaitlərini həmin QHT-lərin yaratdıqları MMC-lərlə, yaxud QHT tərəfindən işə götürülmüş şəxslərlə birbaşa müqavilələr bağlayaraq şəxsi hesablara köçürüb. Daha sonra da bu qrantlardan müxtəlif məqsədlər üçün istifadə olunub.

Məsələ ondandır ki, bu qrantların heç biri Azərbaycan qanunvericiliyinə uyğun qaydada dövlət qeydiyyatından keçirilməyib. Yəni, qanunsuz vəsait kimi istifadə olunub. Hesabat sənədində qrant alan QHT-lərin və MMC-lərin adları açıqlanmayıb.

Daha 2.6 milyon dollarlıq saxtakarlıq?

Hesabat sənədində o da qeyd olunub ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə Azərbaycanda “QHT-lərin bacarıqlarının artırılmasına” 1.3 milyon dollar, mina əleyhinə proqramın genişləndirilməsinə 1.3 milyon dollar vəsait ayırıb. Yenə də qrantları alan QHT-lər və onların MMC-ləri barədə məlumatlar sənəddə əksini tapmayıb.

Maraqlıdır, UNDP-nin Azərbaycan Nümayəndəliyinin əsas tərəfdaşları olan Britaniya hökuməti, Avropa İttifaqı və Yaşıl İqlim Fondu bu audit yoxlamasından hansı nəticələr çıxarıb?

O da məlum olub ki, Nümayəndəlik 2021-2025-ci illərdə fəaliyyətinə müxtəlif mənbələrdən 90 milyon dollar vəsait cəlb etməyi hədəfləyib. Lakin audit burada 30 milyon dollarlıq kəsir proqnozlaşdırıb. Qəribədir ki, Nümayəndəliyin xərcləri ildən-ilə şişib. Bu, ciddi korrupsiya siqnalı ola bilər.

2023-cü ilin yanvar-dekabr ayları ərzində Nümayəndəlik inkişaf fəaliyyətlərinə 15,2 milyon dollar xərcləyib ki, bu da əvvəlki dövrlə müqayisədə 12 faiz çoxdur.

UNDP-dən qrant alan yerli QHT və MMC-lər hansılardır?

APA özəl mənbələrindən həmin QHT və MMC-lərin adlarının artıq Azərbaycanın dövlət orqanlarına məlum olduğunu öyrənə bilib. Məlumata görə, qeydiyyatsız qrant vəsaitləri daxil olan QHT və MMC-lərlə bağlı hərtərəfli araşdırmalara başlanılıb.

UNDP-nin Audit və Tədqiqat Ofisi hesabatında Azərbaycanda Nümayəndəliyinin belə qrant idarəçiliyini “kritik dərəcədə mənfi” qiymətləndirib, bunu UNDP-nin nüfuzunu sarsıdan amil kimi görüb. O da məlum olub ki, Audit və Tədqiqat Ofisi hələ 2019-cu ildə apardığı audit zamanı Azərbaycan Nümayəndəliyinə qrantlarla bağlı hüquqi yolla hərəkət etməyi tövsiyə edib. Lakin Azərbaycan Nümayəndəliyi bu tövsiyəni də qulaqardına vurub.

Audit hesabatında milli qanunvericiliyin müddəalarına zidd olaraq üçüncü tərəflər vasitəsilə vəsaitlərin QHT-lərə köçürülməsinin səbəb olacağı risklərlə bağlı məqamın vurğulanması da diqqət çəkir:

“QHT-lərə hökumətin razılığı olmadan qrant maliyyəsi verilib. Ölkənin qrantlar haqqında milli qanununda beynəlxalq mənbələrdən maliyyələşən QHT-lərlə bütün qrant müqavilələrinin və xidmət müqavilələrinin müvafiq milli orqan tərəfindən qeydiyyata alınması haqqında müddəa var”.

Audit və Tədqiqat Ofisi hesab edir ki, belə qrant idarəçiliyi hesabatların aydın olmayan xətləri və fidusiar məsuliyyət səbəbindən fırıldaqçılıq və inkişaf fondlarının itirilməsinə, ölkənin milli qanunlarının tələb etdiyi kimi, hökumətin razılığı olmadan maliyyə vəsaitlərinin verilməsi ilə reputasiya risklərinə yol aça bilər.

Audit hesabatında o da qeyd edilib ki, layihələrin həyata keçirilməsinə şəffaf və ciddi nəzarət olmayıb. Layihə fəaliyyətlərinin qeyri-adekvat monitorinqi hesabatlılıqda zəifliklərə və vaxtında düzəldici tədbirlərin görülməməsinə səbəb olub.

Azərbaycanın “Qrant haqqında” qanununa əsasən, Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır. Azərbaycan Prezidentinin “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanına əsasən, donorlar tərəfindən kommersiya qurumları və publik hüquqi şəxslərlə əlaqədar qrantlar haqqında müqavilələr qeydə alınması üçün İqtisadiyyat Nazirliyinə, dini qurumlarla əlaqədar qrant müqavilələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, QHT-lər, habelə bələdiyyələr və fiziki şəxslərlə əlaqədar qrant müqavilələri Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

UNDP Şuşanı Azərbaycan ərazisi saymır?

Araşdırma göstərir ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2022-ci il avqustun 27-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş beynəlxalq konfransla əlaqədar Şuşa şəhərinə səfərdən imtina edən yeganə beynəlxalq qurum olub. Tədbirdə diplomatik korpus və BMT-nin ölkəmizdə fəaliyyət göstərən təşkilatlarının nümayəndələrinin iştirakı fonunda UNDP-nin Azərbaycandakı nümayəndəsinin Şuşa şəhərinə səfərdən imtinası Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlik idi.

156 min manata qadınlar üçün təlim

UNDP son illər Azərbaycanda Qadın Resurs Mərkəzləri yaratmağa girişib. Araşdırmalarımız göstərir ki, bu mərkəzlər də korrupsiya layihələrindən biridir. Bu Mərkəzlərin hansı işlə məşğul olması heç kimə bəlli deyil, bir müddət əvvəl dövlət qurumları UNDP-nin Bakıdakı Qadın Resurs Mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün ora baxış keçirmək istəsələr də, Mərkəzin direktoru qapıları bağlayıb və bildirib ki, UNDP içəri keçməyə icazə vermir.

UNDP-nin Audit və Tədqiqat Ofisinin hesabatında qadınlarla bağlı məqamlar bu baxımdan diqqətçəkicidir. Audit yoxlamasını aparanların özləri də şoka düşüb ki, müharibədən təsirlənmiş bir qrup qadına adi təlim keçirilməsi üçün 92 min dollarlıq (!) qrant layihəsi “icra olunub”. Maraqlıdır ki, 156 min manat dəyəri olan bu təlim nə barədədir, həmin qadınlar kimlərdir? Sənəddə bu da açıqlanmır.

UNDP-nin fəaliyyətində nəsə dəyişib?

Xarici donorların Azərbaycanda şübhəli fəaliyyəti yenilik deyil. Hətta 2025-ci il yanvarın 7-də Azərbaycan Prezidenti İlham Əliyev yerli mediaya müsahibəsində qeyri-leqal qrantlar məsələsinə xüsusi diqqət çəkib. Prezident Əliyev deyib ki, Avropa İttifaqı ilə bütün tvininq proqramları dayandırılıb: “Avropa İttifaqının leqal olan qrantlarının hamısı dondurulub. Qismən qeyri-leqal olanlar da var, əsasən Gürcüstandan keçməklə sərhəddən buraya pullar gətirilir, yenə də sorosçu strukturların əlaltıları vasitəsilə, amma əvvəlki kimi deyil, həm də bizim hüquq-mühafizə orqanları bütün bunları izləyir. Amma bizim leqal qrantlardan imtina etməyimizin səbəbi odur ki, onlar ərazimizdə gələcəyə, əsasən gənclərə istiqamətlənmiş öz platformalarının yaradılmasına yönəldilmişdi. Təəssüf ki, biz Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutduğunu görürük, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq – bu da NED (Amerikanın “National Endowment for Democracy”) və EED (“European Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir. Hətta burada siz necə klonlaşdırma olduğunu görürsünüz, adlar eynidir, sadəcə, birində “National”, digərində “European” sözləri var”.

Bu qeydlər də göstərir ki, Azərbaycanda hökm sürən sağlam ictimai mühit bir sıra dairələri ciddi qayğılandırır. Bura UNDP də əlavə oluna bilər. Ortaya çıxan faktlar bu sualları aktual edir: əgər bu qrant layihələri heç bir xüsusi missiya üçün nəzərdə tutulmayıbsa, o zaman niyə rəsmi qeydiyyatdan keçirilib, şəffaf şəkildə leqallaşdırılmır? Hətta UNDP baş ofisi belə bunu tövsiyə etdiyi halda Azərbaycan nümayəndəliyi niyə “öz bildiyi qaydada” işləməyə davam edir? Və bütün bunlardan sonra UNDP-nin Azərbaycan Nümayəndəliyində kimlər və necə cəzalandırılacaq?

APA UNDP-nin Azərbaycan Nümayəndəliyinə milyonlarla dollar qrantlar ayrılmış yerli QHT və MMC-lərin siyahısını əldə etmək üçün sorğu göndərəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəbin həyətindəki davanı POLİS ARAŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 10:39
“Capital City” MTK ÖZBAŞINA QALIB... - vətəndaş NƏ ETSİN?
Bu gün, 10:36
Güney Azərbaycan Amuliyə BELƏ REAKSİYA VERDİ... - FOTO
Bu gün, 10:29
İran Rusiyanı İsrailə dəstəkdə İTTİHAM ETDİ...
Bu gün, 10:24
Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16
Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14
Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13
Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12
Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55
Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46
Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41
20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30
"Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17
İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06
Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04
MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01
Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51
Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49
Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44
Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42
Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40
Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32
Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25
"Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15
Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13
Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10
Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08
İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06
Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02
"Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00
"Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45
'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40
Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31
Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23
Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11
"Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59
Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55
“Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53
Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51
ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49
Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40
Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34
Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31
"Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29
Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21
“Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19
Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru