İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                     Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... .....                     AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü .....                     "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? .....                     Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: .....                     Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər .....                     AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... .....                     Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                     Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? .....                     Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün .....                     Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                 

Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Tarix: Bu gün, 00:07 | Çap et
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir
“Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur. Rusiya isə öz növbəsində Ermənistanla əlaqələrini inkişaf etdirməyə davam etmək niyyətindədir”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq haqqında saziş imzalamasını şərh edərkən bildirib.

"Bu, bizim erməni dostlarımızın tamamilə suveren hüququdur. Ermənistanın bütün istiqamətlərdə münasibətlər qurmaq hüququ var. Biz hələ də əsas prinsipdən çıxış edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu münasibətləri yüksək qiymətləndiririk və onları daha da inkişaf etdirmək niyyətindəyik", - Kremlin nümayəndəsi deyib.

Peskov qeyd edib ki, ikitərəfli aspektlərdən əlavə, Moskva üçün inteqrasiya prosesləri, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq çox önəmlidir. "Bütün bunlar Ermənistana və onun xalqına əhəmiyyətli dividentlər gətirən əməkdaşlıqdır. Biz də məhz bu yanaşmadan çıxış edirik", - deyə o əlavə edib.

Aydındır ki, Peskovun sözlərinə o qədər də inanmaq olmaz. Bu səbəbdən də, sual yaranır: Moskva, ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinə əslində necə reaksiya verəcək? Şübhəsiz ki, bu saziş Rusiya tərəfindən ona vurulan zərbə və qıcıqlandırıcı faktor kimi qəbul edilir. Rusiya hansı addımları ata bilər? Bu, Kreml tərəfindən Bakı vasitəsilə İrəvana təzyiq göstərmək cəhdinə çevrilə bilərmi?

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev Pressklub.az-a açıqlamasında bildirib ki, Moskvanın Ermənistanın Qərb ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları ilə yaxın təmaslarından narahat olduğu açıq-aydın görünür.

"Rusiya Xarici İçlər naziri Sergey Lavrov Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında müqavilə ilə bağlı artıq kifayət qədər mənfi tonda fikir bildirib. Və təkcə Lavrov deyil. Onlar artıq açıq şəkildə eyham vururlar ki, əgər Ermənistan Aİİ-dən çıxsa, bu ölkə enerjidaşıyıcılarını dünya bazarı qiymətləri ilə almalı olacaq. Bundan əlavə, Ermənistandan Aİİ ölkələrinə ixracın 80%-ə qədər məhdudlaşdırılacağı ilə konkret təhdidlər irəli sürürlər.

Məncə, bu sözlər boş təhdid deyil. Bu kontekstdə Peskovun Ermənistanın hər hansı beynəlxalq müqavilə bağlamaq hüququna malik olduğunu bildirməsi və digər fikirləri sadəcə görüntü xarakteri daşıyır", - deyə hüquqşünas bildirib.

Rusiya hansı digər addımları ata bilər? Ağayev bu sualı belə cavablandırıb:

"Fikrimcə, Ermənistan Aİİ-dən çıxmasa (ən azından İrəvan bu barədə açıq danışmır), Rusiya ona qarşı konkret tədbirlər görə bilər. Ermənistanın bu təşkilatdan kənarlaşdırılması onun iqtisadi maraqlarına çox ciddi zərbə olacaq. Biri var, təhdid, biri də var bu təhdidlərin həyata keçirilməsi.

Əgər Ermənistan Rusiya enerjidaşıyıcılarını - məsələn, neft və qazı dünya bazarı qiymətləri ilə almağa məcbur olsa və üstəlik, Aİİ ölkələrinə ixracı bir neçə dəfə azalsa, bu, ölkə üçün böyük zərbə olacaq. Ermənistan belə bir zərbədən sonra özünə gəlməyə bilər.

Kremlin İrəvana təzyiq göstərmək üçün Bakını məsələyə qatmaq cəhdinə gəlincə, məncə, buna ehtiyac olmayacaq. Çünki Rusiya iqtisadi sahədə qeyd olunan tədbirləri həyata keçirsə, bu kifayət edəcək", - deyə Ağayev əminliklə vurğulayıb.

Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili isə Telegram kanalında qeyd edib ki, Cənubi Qafqazda rolların dəyişməsinin şahidi oluruq: Vaşinqton bir neçə ay əvvəl Gürcüstanla Strateji Tərəfdaşlıq Sazişini ləğv etdi, bu gün isə Ermənistanla oxşar saziş imzalayır.

"Vaşinqtonun Tbilisi ilə münasibətlərinin pisləşməsi onun İrəvanla strateji tərəfdaşlıq haqqında xartiyanı imzalamasının əsas səbəblərdən biri ola bilərmi? Əlbəttə, ola bilər. Gürcüstanla strateji tərəfdaşlıqdan imtina edilməsi Vaşinqtonun artıq Cənubi Qafqazda strateji tərəfdaşının olmadığını göstərirdi. Bu, ya ABŞ-ın regionu tərk etməsi, ya da yaranmış boşluğun doldurulması anlamına gəlirdi. Bu boşluq isə məhz bu xartiya ilə dolduruldu.

Bu, Ermənistan üçün də zəruri idi. Çünki Gürcüstanın Avroatlantik icma ilə əlaqələrinin zəifləməsi, Ermənistanın həmin icmaya inteqrasiya yolundakı strateji logistikasını zəiflədir. İndi Ermənistan Avroatlantik icmaya doğru irəliləmək siyasətindən vaz keçməməli və Tbilisinin Brüssel və Vaşinqtonla münasibətlərindəki dəyişikliklərə cavab olaraq Rusiya ilə münasibətini yenidən nəzərdən keçirməli olduğuna daha əmindir", - deyə politoloq bildirib.

O qeyd edib ki, "Cənubi Qafqazda demokratiya mayakı" statusu yerini dəyişir və bu, aydın görünür.

"Çox güman ki, Ermənistan regional vətəndaş cəmiyyəti təşkilatları üçün Gürcüstanın oynadığı rolu da öz üzərinə götürəcək. Bu isə Azərbaycan üçün olduqca mürəkkəb məqamlar yarada bilər.

Brüssel Vaşinqtonun yolunu davam etdirəcəkmi? Çox güman ki, hə.

Eyni zamanda, unutmayaq ki, prezident İlham Əliyev də ötən həftə yerli telekanallara verdiyi müsahibədə Vaşinqtona strateji tərəfdaşlıq haqqında saziş imzalamağı təklif edib.

Və əlbəttə, Ermənistanın Avroatlantik icmaya inteqrasiya yolunun strateji logistika məsələsi açıq qalır. Bu, Gürcüstan vasitəsilə həyata keçiriləcək? Yoxsa Türkiyə vasitəsilə? Ermənistan, Türkiyə və ABŞ arasında bu məsələ ilə bağlı hər hansı plan varmı? Növbəti günlər bu məsələdə daha çox şey aydınlaşdıra bilər", - deyə Əhməd Alili vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:46
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru